sitename

          DYP rəisinin qardaşı oğlu Bakıda faciəvi şəkildə həlak oldu

 

 

Bu gün Bakıda baş verən avtobus qəzasında ölən şəxsin kimliyi məlum olub.

 

Uluyol.az APA-ya istinadən xəbər verir ki, bu gün paytaxtın Sabunçu rayonu Rüstəmov küçəsi 86 ünvanında avtobusla minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, 26 yaşlıƏli Əmən oğlu Abbasovdünyasını dəyişib.

Onu da əlavə edək ki, Ə.Abbasov Xəzər rayon Dövlət Yol Polisi bölməsinin rəisi, polis polkovnik-leytenantıSadiq Abbasovunqardaşı oğludur.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Sabunçu rayonu Rüstəmov küçəsi 86 ünvanında avtobusla minik avtomobili toqquşub.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300