sitename

              Bu gün Aprel şəhidimizin mövlududur

 Bu gün-26 iyul Xüsusi Təyinatlı Qüvvələrin giziri şəhid Səfərov Elimdar Səlimxan oğlunun doğum günüdür.

Səfərov Elimdar Səlimxan oğlu 1992-ci il iyulun 26-sı Yardımlı rayonunda dünyaya göz açıb. 1993-cü ildə ailəsi ilə birlikdə Neftçala rayonuna gəlib, və Aşağı Qaramanlı kəndində məskunlaşmışlar. Neftçala rayonu Sakit Kərimov adına Qədimkənd kənd orta məktəbinə 1998-ci ildə birinci sinifə getmiş və həmin məktəbi 2009-cü ildə bitirmişdir.Hərbi xidmətə yollanan Səfərov Elimdar xidməti başa vurduqdan sonra yenidən Ordu sıralarına qatılmışdır.

 

Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi mühum strateji obyektlərin, yüksəkliklərin araşdırılması, düşmən tərəfində olan silah-sürsat, əsgər sayı və hərbi sirr kimi gizlədilən düşmən ordusunun məlumatlarını çox peşakarlıqla öyrənmişdir. Xidməti zamanı xeyli fərqlənmə nişanları, təbrik məktubları almışdır.

Düşmən tərəfinin aprelin 1-i gecə ordumuzun mövqelərin atəşə tutduğu zaman məhz Səfərov Elimdarın daxil olduğu kəşfiyyat bölüyümüz düşmənin içərilərinə girməyi bacarmış, və bu gün strateji əhəmiyyəti olan yüksəkliklərin alınmasında birbaşa iştirak etmişdir.Döyüş zamanı bir yerdə olduqları hərbiçi dostları Elimdarın döyüş qabiliyyətlərindən, verilən tapşırığı vaxtında yerinə yetirməsini xüsusilə vurğulamışlar.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300