sitename

             Ölüm hökmü hələ də qüvvədə olan ölkələr hansılardır?

 

Məlum olduğu kimi, bu günlərdə Sumqayıt şəhərində 55 yaşlı kişinin 8 yaşlı qızı zorlaması xəbəri ictimaiyyətdə böyük qəzəb doğurdu. Baş verən iyrənc hadisə həm sosial şəbəkələrdə, həm də bir sıra mətbuat orqanlarında müzakirə edildi, sərt şəkildə qınanıldı.

Hadisəyə tanınmışlar da biganə qalmayaraq, öz sərt mövqelərini bildirdi. Xalq artisti, aktyor Nürəddin Mehdixanlı isə bu hadisə ilə bağlı şərh bildirərkən, ölüm hökmünün yenidən bərpasını istəyib:

"Ölüm hökmü qayıtmalıdır. Saysız qətl hadisələrinin və bu sayaq vəhşiliklərin əsas baş vermə səbəbi ölüm hökmünün ləğv edilməsidir”. Aktyorun bu fikrinə digər sənətçilər də, o cümlədən əməkdar artist Elza Seyidcahan da qoşulub. Beləliklə, ölkəmizdə yenidən ölüm hökmünün bərpası ilə bağlı məsələ yenidən gündəmə gəlmiş oldu. Əksəriyyət amansızlıqla cinayət törədənlər, azyaşlıları zorlayaraq, qətlə yetirənlər, həmçinin vətənə xəyanət edənlərə qarşı ölüm hökmünün tətbiq edilməsini doğru hesab edir. Zaman-zaman bu məsələ ətrafında müzakirələr aparılıb. Hətta millət vəkilləri Elmira Axundova, Fazil Mustafa, Razi Nurullayev, həmçinin digər tanınmış ictimaiyyət nümayəndələri amansızlıqla cinayət törədən şəxslərin ölümlə cəzalanmasını təklif ediblər.

Xatırladaq ki, Azərbaycanda ölüm hökmü 1998-ci il, fevralın 10-da ləğv olunub. 21 fevral 1998-ci ildə "Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəlləsi və İslah-Əmək Məcəlləsinə dəyişikliklərin edilməsi” haqqında Azərbaycan Respublikasının qanunu qüvvəyə minib. Azərbaycan Avropa Şurasına üzv olmadan öncə ölüm hökmünü ləğv edərək, barələrində belə hökm çıxarılmış insanların cəzasını ömürlük həbs cəzası ilə əvəzlədi.

Hüquq Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov mətbuata açıqlamasında bildirmişdi ki, sonuncu edam edilmiş şəxs (cəzanı ağırlaşdıran hallar nəzərə alınmaqla iki və daha çox şəxsi qətlə yetirmə maddəsi ilə ittiham edilib) Salman Aslanoviç Fərmanov olub. Hüquq müdafiəçisinin sözlərinə görə, adətən məhkumları istirahət günləri güllələyirdilər:
"Məhkumlar qapıya yaxınlaşır, nəfəslikdən əllərini qandalın taxılması üçün bayıra uzadırdılar. Gözətçi qandalı taxandan sonra qapını açır və ölümə məhkum edilmiş dustağı zirzəmiyə aparırdı.

Yolüstü dustaq kamera yoldaşları ilə sağollaşır, onlara azadlıq arzu edirdi. Cavabında isə bu sözləri eşidirdi: "Allah sənə rəhmət eləsin!” Zirzəmidə əvvəlcə ona bağışlanmaqdan imtina edildiyini deyirlər, sonra isə sonuncu otağa apararaq başının arxasından güllə vururlar”.

Ölüm cəzası ləğv olunan zaman Azərbaycanda ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş 127 məhkum olub. Qeyri-rəsmi məlumatlara görə, hazırda onlardan 80 nəfərə yaxını həbsxanada cəza çəkir.

Penitensiar Xidmətdən bildirilib ki, Qobustan həbsxanasında ölüm cəzasının ləğvindən sonra məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilmiş 200-ə yaxın məhkum cəza çəkir.

Bəd dünyada hansı ölkələrdə ölüm hökmü hələ də qüvvədədir?

Hazırda dünyada İran, Səudiyyə Ərəbistanı, İraq və Pakistan ölüm hökmü cəzasının verilməsində, icrasında liderliklərini qoruyur. Çin ölüm hökmünü gizlədən ölkələr içərisində liderdir.

Avropa və MDB ölkələri arasında yeganə ölkə Belarusdur ki, orada ölüm hökmü hələ də qalır. Qvineya və Monqolustanda ölüm hökmü ləğv edildikdən sonra, dünya üzrə 142 ölkədə bu cəza növündən istifadə edilmir.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300