sitename

        Rusiyanın mobil operatoru "Megafon" Azərbaycan xalqından üzr istəyib

 

Rusiyanın ən böyük mobil operatoru "Megafon" Azərbaycan xalqından üzr istəyib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə "Megafon" şirkətinin mətbuat xidmətinin rəhbəri Yuri Mixalçukun sosial şəbəkələrdə yayılan video müraciətində bildirilib.

O, qurumun saytında separatçı qondarma "Dağlıq Qarabağ Respublikası"nın səhvən müstəqil dövlət kimi göstərdiklərinə görə Azərbaycan xalqından üzr istədiyini söyləyib. Mixalçuk şirkət tərəfindən buraxılan səhvin artıq aradan qaldırıldığını deyib.

Qeyd edək ki, "Megafon” mobil operatoru Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanınmasına baxmayaraq, Qarabağ separatçıları üçün kommunikasiya xidmətləri təklif edib və öz saytında qondarma "Dağlıq Qarabağ”ı müstəqil dövlət kimi göstərib. Rusiyada yaşayan azərbaycanlılar "VKontakte" və digər sosial şəbəkələr vasitəsi ilə "Megafon” istifadəçisi olan həmyerlilərimizi bu mobil operatorun xidmətlərindən imtina etməyə çağırıblar. Bütün bunlardan sonra "Megafon" öz saytında separatçı sondarma "Dağlıq Qarabağ Respublikası”nda kommunikasiya xidmətləri göstərməsi barədə məlumatı silib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300