sitename

       Rövnəq Abdullayevin gəlini üçün ərəbsayağı xına mərasimi - FOTO

 

SOCAR prezidenti Rövnəq Abdullayevin gəlini üçün ərəbsayağı xına məclisi təşkil edilib.

 

Publika.az xəbər verir ki, dünən R.Abdullayevin oğlu Rəşad Abdullayevin toyu olub. "Buta Palace”da baş tutan toyda bir sıra dövlət xadimləri, tanınmış simalar iştirak edib.

Məlum olub ki, deputat Qənirə Paşayeva ilə qohum olan SOCAR prezidentinin gəlini üçün toydan əvvəl ərəbsayağı xına mərasimi təşkil olunub. Məclisi şairə Nazilə Səfərli aparıb. Renka isə məclisin əsas rəqqasəsi olub.

Məlumat üçün bildirək ki, dünən təntənəli məclisi estradamızın əsas ulduzları - Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova, Əməkdar artistlər Ədalət Şükürov və Röya Ayxan aparıb. Həmçinin Azərbaycanı "Eurovision – 2019” mahnı müsabiqəsində təmsil edən müğənni Çingiz Mustafayev də toyda səhnə alıb.

Toyun aparıcısı isə İTV telekanalının bədii əyləncə və musiqi verilişləri departamentinin rəhbəri Leyla Quliyeva olub.

Qeyd edək ki, Rəşad Abdullayev Qənirə Paşayevanın əmisi Qəzənfər Paşayevin nəvəsi ilə evlənib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300