sitename

             Kaş ki, günəş əbədiyyən doğmasa, ancaq yağış yağsa...

 

Daxilimizdəki qaranlıqda gizlənirik çoxumuz.

 

Kimsənin bilmədiyi, görmədiyi duyğular dənizində üzürük. Sahilə çatsaq, hər şey bitəcək, davam etsək, öləcəkmiş kimi hiss edirik. Amma davam etmək istəyirik, yenə də. Sanki insan ruhu əzab çəkmək üçün doğulub. Öyrəşməkdir bu, yoxsa meyillilik?! Xoşbəxtliklər arasında bədbəxlik axtarışıdır, bəlkə də...

Bədbəxt olmağı seçmək günəşli havada qaranlığı, yağışı, yağışlı havada tənhalığı, kədəri axtarmaq kimidir. Boğulmaqdan qorxmadan, dərinə getdikcə getmək istəyidir. Qorxmazlıqdır bu, bəlkə də. Bəlkə də səbəbsizlik...

Burada məsələ bədbəxtliyi seçmək deyil, xoşbəxt olmaq üçün heç nə etməmək istəyidir. Əlbəttə, heç kim "mən bədbəxt olum” deməz. Amma bir müddətdən sonra bunu başa düşər: İnsan bəzən nə etsə də xoşbəxt olmaz və yanındakıları xoşbəxt etməz. Bu, inananlar üçün qismət, inanmayanlar üçün yaradılışdır. Qismət, yoxsa yaradılışdır, bilmirəm, amma həqiqətən də, bəzi şeyləri dəyişmək olmur. Çox oxumaq, çoxlu pul qazanmaq, yaxşı bir işə sahib olmaq belə dəyişmir vəziyyəti. Çünki insan ruhu bədbəxt olmaq üçün yaranıb.

Bədbəxt olmağı seçmək fərqindəlikdir? Fərqindəlik ona görə deyirəm ki, insan bəzi şeylərin fərqində olanda, onsuz da xoşbəxt olmur. Xoşbəxtlik həyata daha dar çərçivədə baxmaq deməkdir. Dənizi, göyü, təbiəti izləmək kimi. Həyata dar bir çərçivədən baxmaq insanı xoşbəxt edir, çünki insan zehni məhduddur.

İnsan bilmir, bəlkə də gördüyü bu gözlər bədəniylə birlikdə torpağa qarışmadan öncəki son halıyla baxır...

Xəyalə Məmmədova / METBUAT.AZ

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300