sitename

           6 ayda itirdiyimiz 6 məşhur (FOTOLAR)

 

2019-cu ili demək olar ki, yarılamışıq. Keçən 6 ay Azərbaycanın bir qrup tanınmış ictimai-siyasi xadimi, sənət adamı əbədiyyətə qovuşdu. Həm yaxınları, həm də sevənləri onlarla vidalaşdı.

 

Uluyol.az modern.az-a istinadən 2019-cu ilin son altı ayında ölən 6 Azərbaycan məşhurunu sizə təqdim edir.

 

Aydın Xırdalanlı (1977) -Azərbaycan meyxanaçısı, şair, qəzəlxan. A.Xırdalanlı 2001-ci ildə ANS telekanalının təşkil etdiyi "De, gəlsin" yarışmasının qalibi olan meyxanaçı ağciyərində güclü soyuqdəymə səbəbilə martın 23-ü filmə baxarkən dünyasını dəyişib. Meyxanaçının ömrünün son aylarında depressiyada olduğu deyilir.


 

 

 

Məleykə Ağazadə (1924) –Nazik kimi tanınan "Ulduz” filminin sevimli personajlarından olan aktrisa Bakıda dünyaya göz açıb. Adıçəkilən filmdə söylədiyi ifadələr indi də dillər əzbəridir. Məleykə Ağazadə 24 aprel 95yaşında şəkər xəstəliyindən vəfat edib.


 

 

 

Natəvan Hacıyeva (1942) -Televiziya aparıcısı, Azərbaycan Respublikasının əməkdar artisti bir neçə ay sürən xərçəng xəstəliyi səbəbindın 1 may Bakıda vəfat edib.


 

 

 

Arif Məlikov (1933) -Azərbaycan bəstəkarı və rəssamı, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan Respublikasının Xalq Artisti, professor, SSRİ Xalq Artisti , Dövlət Mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, həqiqi üzvü uzun sürən xəstəlikdən sonra may 9-da evində dünyasını dəyişib.


 

 

 

Şirməmməd Hüseynov (1924) -Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin professoru 24 iyun Bakıda dünyasını dəyişib. M.Ə.Rəsulzadə irsinin öyrənilməsində əvəzsiz xidmətləri olan Şirməmməd Hüseynov İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.


 

 

 

İbrahim Emin (1963) -Bəstəkar və rok ifaçısı, "Yuxu” və "Sirr” qruplarının yaradıcısı İbrahim Emin 2 iyul doğulduğu Sumqayıt şəhərində dünyasını dəyişib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300