sitename

          İranın Böyük Britaniya tankerini saxlaması barədə xəbərlər təkzib edilib

 

Böyük Britaniya bayrağı altında üzən tankerin İran İnqilab Keşikçiləri Korpusu tərəfindən saxlanılması xəbəri həqiqətəuyğun deyil.AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, Birləşmiş Krallığın Dənizçilik və Ticarət Agentliyinin məlumatında sözügedən tankerin Fars körfəzində hərəkət planına uyğun prosedur üçün dayandığı bildirilir. Məlumatda əlavə olunur ki, "Pacific Voyager” tankeri qısa fasilədən sonra öz marşrutu üzrə üzməyə davam edəcək. Agentliyin əməkdaşları tankerin kapitanı ilə birbaşa videoəlaqə də yaradıblar.

İran tərəfi də yanlış xəbəri təkzib edib. IRIB informasiya agentliyinin yaydığı xəbərdə deyilir ki, beynəlxalq mətbuatda və sosial şəbəkələrdə Britaniya tankerinin saxlanılması barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir.

Xatırladaq ki, iyulun 5-də İran İnqilab Keşikçiləri Korpusunun komandanı Cəbəllütariq muxtar hökumətinə aid olan sularda İran nefti yüklənmiş tankerin saxlanılmasına cavab olaraq Böyük Britaniya tankerini girov götürəcəklərini bəyan etmişdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300