sitename

           Polad Aslanovun müstəntiqi dəyişdirildi, daha bir vəkil isə müdafiəsinə qoşuldu

"Jurnalist Polad Aslanovun cinayət işi ilə bağlı təzyiqə məruz qalmışam. Bununla bağlı rəsmi müraciət etmişəm. Hazırda işi aparan müstəntiqin dəyişdirilməsi və işin başqa müstəntiqə verilməsi barədə bizə məlumat verilib.” JAMAZ.İNFO xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov Amerikanın Səsinə müsahibəsində bildirib.

Vəkil deyib ki, onun təzyiqə məruz qalması ilə bağlı Vəkillər Kollegiyası hələ fikir bildirməyib. Onun sözlərinə görə, müdafiə etdiyi Aslanovun səhhətində problemlər var. "O azadlıqda olanda da səhhətində problemlər var idi. İndi də səhhətində problemlər var.”

Vəkil istintaqın gedişi ilə bağlı məlumat verməyib. "Bizdən istintaq sirrini yaymamaq barədə iltizam alıblar. Bu səbəbdən bir söz deyə bilmirik,” o qeyd edib.

Bu əsnada Polad Aslanovun həyat yoldaşı Gülmira Aslanova bildirib ki, həyat yoldaşının hüquqularının müdafiəsinə daha bir vəkil qoşulub. Onun sözlərinə görə, Elçin Sadıqovla yanaşı, Poladı vəkil Kamran Musayev də müdafiə edəcək.

 

Xatırladaq ki, Polad Aslanov iyunun 12-də Dövlət Təhlükəızliyi Xidməti tərəfindən saxlanılıb. Növbəti gün məhkəmə ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə əlaqədar onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Yerli və beynəlxalq təşkilatlar Polad Aslanova qarşı cinayət təqibini pisləyir və hesab edirlər ki, onun həbsi jurnalist fəaliyyəti ilə bağlıdır. Bu məsələ ilə bağlı hələlik hüquq-mühafizə orqanları münasibət bildirməyib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300