sitename

             Bu gün Azərbaycanda Milli Sevgililər Günüdür

 

Bu günün rəsmiləşdirilməsi üçün ziyalılar Prezidentə müraciət ediblər

 Bir neçə gün öncə Azərbaycanın tanınmış ziyalıları Prezident İlham Əliyevə müraciət edərək 30 iyunun Milli Sevgililər Günü olaraq rəsmiləşdirilməsi ilə bağlı müraciət ediblər. Bildirilir ki, aydınların bununla əlaqədar Prezidentə ünvanladığı məktub Mədəniyyət nazirliyinə yönəldilib. Müraciətə cavab olaraq Mədəniyyət nazirliyindən gələn məktubda qeyd olunub ki, belə günlər (Sevgililər Günü) Prezidentin fərmanı və ya sərəncamı ilə rəsmiləşdirilə bilməz. "30 İyun Sevgililər Gününü siz istədiyiniz formada və istədiyiniz yerdə qeyd edə bilərsiniz. Bunun üçün heç bir qadağa yoxdur"- məktubda belə deyilir.

Qeyd edək ki,
30 iyun 20 Yanvar şəhidləri olan İlham Allahverdiyev və Fərizə Allahverdiyevanın qovuşduqları gün - toy günləridir. Onların müqəddəs sevgisi Azərbaycan gəncliyi üçün örnək, simvoldur.

Onların toy günü 2003-cü ildən bəri Azərbaycanda Milli Sevgililər günü kimi qeyd olunur.

Xatırladaq ki, İlham Allahverdiyev 1962-ci ildə Ağdamda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda - nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan Ilham Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Yeri gəlmişkən, hazırda həmin zavod İlham Allahverdiyevin adını daşıyır.

Fərizə Allahverdiyeva 1970-ci ildə Ermənistan SSR, Spitak rayonunun Saral kəndində anadan olub. 1 nömrəli tibb məktəbinin axırıncı kurs tələbəsi idi. Cütlük İlhamın bacısının sayəsində tanış olub və 1989-cu il iyunun 30-u ailə qurur.

1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilə aparıb.

İlhamı həmin müdhiş gecə, "20 Yanvar" dairəsində vurulub. Onu elə həmin günü xəstəxanalardan birində tapıblar. Əvvəlcə Xırdalandakı qəbiristanlıqda dəfn etsələr də sonradan oradan çıxarıb Şəhidlər xiyabanına aparıblar.

İlhamın yoxluğuna dözməyən Fərizə gecə hər kəs yuxuya getdikdən sonra sirkəni içərək intihar edir.

O bətnindəki körpəni də özü ilə məzara aparıb.. (qaziler.az)

 

Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300