Ermənilərin qorxulu röyası olan şəhid zabitimiz: Erməni polkovnik necə məhv edildi?

 

Ermənilərin qorxulu röyasına çevrilən çox qəhrəmanımız olub. Adlarını belə xatırlayanda dəhşətə gəldikləri igid oğullarımızdan biri də, xüsusi kəşfiyyat qrupunun komandiri, Azərbaycanın Milli Qəhrəmanı, kapitan Elxan Zülfüqarovdur.

 

Zülfüqarov Elxan Qaçay oğlu 29- iyun 1954-cü ildə Füzuli rayonunun Hoğa (Üçbulaq) kəndində anadan olub. 1969-cu ildə Bünyad Sərdarov 1 saylı orta məktəbin səkkizinci sinifini bitirib, sonra orta təhsilini 1 saylı Yevlax şəhər orta məktəbində tamamlayıb. Elxan 1971-ci ildə Mingəçevir Poltexnik Texnikomuna daxil olur. 1972-ci ildə Füzuli rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilir. O, 1974-cü ildə xidmətini Ukrayna Resbublikasında başa vurduqdan sonra, texnikomda yarımçıq qalmış təhsilini tamamlayır və 1975-ci ildə Novosibirsk şəhər Milis Şöbəsinə təyinat alır. Burada Milis baş leytenantı rütbəsinə qədər yüksəlir.

Zülfüqarov Elxan Qaçay oğlu 1988-ci ildə məlum Dağlıq Qarabağ hadisələri ilə əlaqədar olaraq doğma yurdunun müdafiəsində iştirak etmək üçün bir çox həmvətənlərimiz kimi, ailəsi ilə birlikdə Vətənə qayıdır.

 

1992-ci ildə Milli Ordu sıralarına qoşulur. Bölmə komandiri kimi Laçın, Qubadlı, Zəngilan, Füzuli bölgələrində 40- dan çox əməliyyatlarda iştirak edir və özünü bacarıqlı hərbiçi kimi təsdiqləyir. Qısa müddətdə kapitan rütbəsinə yüksələn Zülfüqarov Elxan Qaçay oğlu, N saylı hərbi hissədə kəşfiyyat komandirinin köməkçisi vəzifəsinə təyin edilir. Erməni, rus dillərini mükəmməl bildiyinə görə dəfələrlə kəşfiyyata gedir, düşmənin mühüm strateji obyektlərinin aşkara çıxarılıb məhv edilməsində bilik və bacarığını əsirgəmir.

Bir müddət sonra kəşfiyyat komandiri təyin edilir. Ermənilər onu "səssiz killer” adlandırırdılar. Çünki Elxan Zülfüqarovun kəşfiyyat qrupu bütün işlərini səssiz həyata keçirdir. Lazım olan istənilən yüksək rütbəli ermənini bir anda aradan götürürdülər. Məhz bu xüsusiyyətinə görə Elxan ermənilərin qorxulu röyasına çevrilmişdi. Onun ermənilərin ən peşəkar hərbçilərindən biri, polkovnik Vardan Kərəmyanın cəhbədən 60 kilometr arxada, məhv etməsi, erməniləri dəhşətə gətirmişdi.

 

Zülfüqarov Elxan Qaçay oğlu 1994-cü il yanvarın 4-də yenidən kəşfiyyata yollanır. Onun əldən etdiyi mühüm məlumatlardan sonra rayonun 19 kəndi erməni yaraqlılarından təmizlənir, xeyli hərbi texnika və silah qənimət götürülür.

Elə həmin gecə -5 yanvar 1994-cü il tarixində Şükürbəyli kəndi uğrunda gedən qeyri-bərabər döyüşdə Zülfüqarov Elxan Qaçay oğlu Vətən uğrunda qəhrəmancasına həlak oldu.

Ailəlidir. Dörd övladı var.

Azərbaycan Resbublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Zülfüqarov Elxan Qaçay oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bakıdakı şəhidlər Xiyabanında dəfn olunub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300