"Bunu da təkzib edin ki, Tiqron Petrosyan…”– SALEH MƏMMƏDOVUN OĞLUYLA BAĞLI DAHA BİR ŞOK

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "AAYDA) rəhbəri Saleh Məmmədovun oğlu iləbağlı qalmaqallı xəbərlər bir-birini əvəz edir. Məlum bir milyonluq saat iddiasının təkzib edilməsinin dərhal ardınca Saleh Məmmədova şok yaşadacaq növbəti zərbəyə şahidlik etdik.

 

Sfera.az-ın məlumatına görə, araşdırmaçı jurnalist Cavanşir Həsənli son paylaşımında agentlik rəhbəri üçün başağrısına çevrilə biləcək şok ittihamlarla çıxış edib:

 

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsi İspaniyada saatını oğurlatdıran şəxsin Saleh Məmmədovun oğlu Sübhan Məmmədli olduğu barədə məlumatı təkzib edib ki, guya qərəzli məlumat yaymışam. Əlbəttə, ispan polisinin ad açıqlamaması onlara belə təkzib cəsarəti verib.

 

Onlar belə cəsarətə gəlmişkən Saleh Məmmədovun oğluna aid aşağıda təkrar paylaşdığım sənədləri də təkzib etmələrini səbirsizliklə gözləyirəm. Susmayın, cəsarətli olun, bunları da təkzib edin, deyin ki, Sübhan Məmmədlinin Britaniyada milyonlarla aktivi olan belə bir şirkəti, şərkətinin tərəfdaşları sırasında Tiqran Petrosyan adlı şəxs yoxdur, bunlar İngiltərə rəsmi orqanlarının qərəzidir və s”.

 

Qarşı tərəfin fikirlərini dinləməyə və mövqeyini dərc etməyə hazırıq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300