Quba-Xınalıq yolu güclü selə görə iki saat bağlı qalıb

 

Bu gün Qubanın dağlıq ərazilərinə yağan güclü yağışdan sonra yaranan sel nəticəsində Quba-Xınalıq yolu bir müddət bağlı qalıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yağışdan sonra qaya parçaları və palçıq kütləsi suötürücü qurğuların ağzını bağladığından sel suları yolun hərəkət hissəsinə çıxıb. Bu üzdən Xınalıq kəndinə gedən yolda avtomobillərin hərəkət 2 saat mümkünsüz olub.

Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumlarının canlı qüvvəsi və ağır texnikası cəlb olunub.

Sahə rəisi Bilal Sultanov bildirib ki, qısa müddət ərzində Xınalıq və həmin istiqamətdə yerləşən digər 6 kəndin sakinlərinin rayon mərkəzinə gediş-gəlişi təmin edilib. Güclü yağışdan sonra yola axan suyun həcmi azalıb. Amma suötürücü qurğular tutulduğundan yolun 36-39-cu km-də sel suları yolun hərəkət hissəsi ilə axmaqda davam edir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300