sitename

      Gürcüstanın baş naziri: "Təəssüflər olsun ki, biz büdrədik”

 

"Bizim komandada heç kəs stuldan yapışmayıb və Gürcüstan cəmiyyəti bunu çox yaxşı bilir”.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze keçirdiyi xüsusi brifinqdə daxili işlər naziri Giorgi Qaxarianın istefası ilə bağlı tələbə münasibət bildirərkən deyib.

Baş nazir bildirib ki, iyunun 20-nə keçən gecə Rustaveli prospektində baş verən təxribata görə siyasi məsuliyyəti vətəndaşların etirazı silah kimi istifadə edən qüvvə öz üzərinə götürməlidir.

M.Baxtadze deyib ki, Vahid Milli Hərəkat Partiyasının nümayəndələri və onların lideri Mixeil Saakaşvili 7 il Gürcüstanın hazırkı hakimiyyətinin büdrəməsini gözləyirdilər: "Onlar kiminsə büdrəməsini gözləyirdilər və bəli, təəssüflər olsun ki, biz büdrədik”.

O qeyd edib ki, polis əməkdaşlarının vəzifə səlahiyyətlərini aşması ilə bağlı halların şəffaf araşdırılması təmin olunacaq.

Hökumət başçısının sözlərinə görə, dövlət üçün çox ağır ssenaridən yaxa qurtarmaq mümkün olsa da, vətəndaşlar xəsarət alıblar.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300