sitename

            Müharibə olsunmu: xalq nə deyir? -VİDEOSORĞU

 

Azərbaycan və Ermənistan arasında illərdir, davam edən və nəticə verməyən sülh danışıqları ekspertləri belə bir qənaətə gəlməyə vadar edib ki, müharibə qaçılmaz olacaq. Elə rusiyalı politoloq Qriqori Trofimçuk da deyib ki, "hadisələrin inkişafı gec-tez Qarabağda silahlı toqquşmaya gətirib, çıxaracaq”.

Onun sözlərinə görə, N.Paşinyan "sülh əvəzinə əraziləri dəyişdirmirik” deyəndən sonra danışıqlar prosesi sual altına düşdü və Bakıda Ermənistanın baş nazirinin bütün bəyanatları neqativ qarşılanır.

Qeyd edək ki, xarici işlər nazirlərinin Vaşinqton görüşü də ciddi bir nəticə verməyib.Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyunun 20-də Vaşinqtonda Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib ki, illərdir, eyni sülh planı üzərində iş aparılır:"Ümumiyyətlə, biz təqdim olunan təklifləri anlayırıq. Bunlar eyni təkliflərdir. Biz 15 ildir ki, müzakirə olunan ideyaları, eyni sülh planını izləyirik".

Bir məqam da hər kəsə bəllidir ki, ermənilər nəinki torpaqları sülh yolu ilə qaytarmaq niyyətində deyillər, hətta sürətlə işğal olunmuş ərazilərimizdə məskunlaşmağa, infrastrukturu bərpa etməyə çalışırlar.

Bəs, xalq nə düşünür? Müharibə qaçılmazdırsa, biz buna hazırıqmı? Müharibə olsunmu?

Musavat.com olaraq, bu suallara cavab tapmaq üçün paytaxt sakinləri arasında sorğu keçirdik.

Respondentlərin cavablarını daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.

Nərgiz LİFTİYEVA,
Alim LİFTİYEV,
Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300