sitename

         KİV: Neymar "Barselona” ilə şifahi razılıq əldə edib

 

Fransanın PSJ klubunun futbolçusu Neymar İspaniyanın "Barselona” klubu ilə şifahi razılıq əldə edib.

"Report”un sport.es saytına istinadən verdiyi məlumata görə, tərəflər 5 illik müqavilə ilə bağlı ortaq məxrəcə gəliblər. Bildirilir ki, 27 yaşlı forvard sabiq komandasına dönüşü üçün heç bir tələb irəli sürməyib və Kataloniya klubunun təklif etdiyi şərtləri qəbul edib.

Hazırda illik maaşı 36,8 milyon avro təşkil edən Neymar 24 milyon avroya razı olub.

Qeyd edək ki, PSJ Neymarı 2017-ci ilin yayında "Barselona”dan 222 milyon avro qarşılığında transfer edib. Onun klubu ilə 2022-ci ilin yayına qədər müqaviləsi var.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300