sitename

       Gənc yazar AYB rəhbərliyini büdcəni talamaqda ittiham etdiyi üçün ordan çıxarılıb

 

Gənc yazar Elşad Barat Azərbaycan Yazıçılar Birliyindən xaric edilib. Yazıçının mətbuat üçün açıqlamasında deyilir ki, buna səbəb onun qurum haqqında tənqidi fikirlər səsləndirməsi olub.

Elşad Barat bildirib ki, onun təşkilatdan çıxarılmasına səbəb xüsusən də AYB-nin katibi Çingiz Abdullayevlə bağlı ittihamları olub.

Elşad Barat statusunda qeyd edib ki, Çingiz Abdullayev AYB-yə, gənc və kasıb yazıçı, şairlərə ayrılmış 800 min manatdan gedib özünə 6-cı maşını alıb: "Bu da Çingizin 6-cı maşını. Nömrələrinə baxın hələ, əlində imkan var deyə restoranı arenda verir, büdcəni dağıdır…”

 


Elşad Baratın Çingiz Abdullayev haqda yazdığı status

Çingiz Abdullayev isə elə Elşad Baratın sosial şəbəkədə paylaşığı fotoya şərh yazaraq ittihamlara münasibət bildirib və onu məhkəməyə verəcəyini deyib:

"Vicdansız Elşad Barat. Sən mənim avtomobillərimin şəkili çəkmisən. Mən sənin kimi əhəmiyyətsiz bir adama cavab vermək məcburiyyətində deyiləm, ancaq başqalarına açıqlama vərirəm. Mənim "Cip” maşınım altı il bundan əvvəl alınıb. Mənim sənədlərim var. Ağ "Kamri” maşını isə şəxsən mənə aid deyil. Bu dövlət nömrəsidir”.

Yazıçılar Birliyinin katibi bildirib ki, o, öz gəlirləri haqda arayış verə bilər. Çingiz Abdullayevin sözlərinə görə, o, Elşad Baratdan fərqli olaraq bütün dünyada çap olunur:

"Sənin kimi istedadsızdan fərqli olaraq mən bütün dünyada çap olunuram. Sənin arenda haqqında alçaqcasına dediyin yalanlara cavab olaraq bildirmək istəyirəm ki, altmış dörd yazar xəstəliyi ilə əlaqədər olaraq hər ay darman almaq üçün yardım alır. Azərbaycan Yazıçılar Birliyinin vəsaitindən uşaqlarının müalicəsi üçün sənə 500 manat ayırmışıq. Anar müəllimdə öz şəxsi vəsaitindən sənə yardım edib. Mən sənin kimi böhtançını məhkəməyə verirəm!”(Abzas.org)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300