sitename

             Kərəm Məmmədli vəzifə aldı: səfirin atasını əvəz etdi

 

Tanınmış tarixçi alim, professor Kərəm Məmmədli Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri seçilib.

 

Axar.az xəbər verir ki, ictimaiyyətdə də geniş nüfuzu olan K.Məmmədlinin yeni vəzifəsi sosial şəbəkələrdə təqdir edilməkdədir.

Qeyd edək ki, Arxeologiya və Etnoqrafiya kafedrasına bu vaxta qədər Qüdrət İsmayılzadə rəhbərlik edib. Q.İsmayılzadə Azərbaycanın Yaponiyada səfiri olmuş Gürsel İsmayılzadənin atasıdır.

G.İsmayılzadə bu il yanvar ayında səfir vəzifəsindən geri çağırılıb və XİN Kadrlar İdarəsinin rəisi təyin olunub.

G.İsmayılzadənin bacısı Nigar İsmayılzadə də BDU-da İlahiyyat fakültəsinin dekan müavini vəzifəsini daşıyırdı və tələbəsinə qarşı məhkəmədə xüsusi ittiham qaydasında başlatdığı prosesə görə bir müddət medianın gündəmində olmuşdu.

Hazırda BDU-da İlahiyyat fakültəsi artıq mövcud deyil.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300