sitename

             Gürcüstan müxalifəti proporsional seçki sisteminin bərpasını tələb edir

 

Gürcüstanın 20 müxalifət partiyası proporsional seçki sisteminə keçid tələbi ilə bağlı 300 min imza toplayıb.

Toplanmış imzalar iyunun 13-də Gürcüstan parlamentinə təqdim olunub.

Müxalifət seçki sisteminin 2020-ci ildən etibarən dəyişdirilməsini tələb edir.

Gürcüstanın "Yeni Sağçılar” Partiyasının üzvü Mamuka Katsutadze jurnalistlərə bildirib ki, müxalifət imzaların sayını milyona çatdırmaq niyyətindədir. Bunun üçün də imzatoplama kampaniyası davam etdirilir.

Gürcüstan parlamenti 10 gün ərzində imzaların etibarlılığını yoxlamalıdır.

Hakim "Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının müxalifətə cavabı özünü çox gözlətməyib.


 

Partiyanın siyasi şurasının üzvü və Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze deyib ki, ölkədə seçki qanunvericiliyinə dəyişikliklərlə bağlı İşçi qrupunun görüşlərində proporsional seçki sisteminə keçid məsələsi müzakirə olunmur.

O deyib ki, Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı yeni qanun layihəsi hazırlanır və sənəd təxminən bir ay sonra parlamentdə müzakirəyə çıxarılacaq.

Onun sözlərinə görə, İşçi qrupu formatında keçirilən müzakirələrdə seçki prosesinə düzəlişlərlə bağlı yalnız ATƏT-in tövsiyələri nəzərdən keçirilir.(AzərTAc)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300