sitename

          Lənkəranda 3 uşaq anası itkin düşüb - FOTO

 

Lənkəran rayonunda 3 uşaq anası itkin düşüb.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, rayonun Şilim kənd sakini, 1990-cı il təvəllüdlü Aygül Lamid qızı Əliyeva iyunun 10-da, günorta saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb. Yaxınlarının sözlərinə görə, qadının ailəsində hər hansı problem olmayıb.

Şəkildəki qadını görənlərdən Lənkəran Rayon Polis Şöbəsinə və ya 050-447-76-13 əlaqə nömrəsinə məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, A.Əliyeva ailəlidir və 3 uşaq anasıdır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300