Sabiq prezident yenidən hakimiyyətə gəlmək istəyirBu barədə ukraynalı siyasətçinin vəkili Vitali Serdyuk bildirib

 

Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviç yenidən Kiyevə qayıdaraq ölkə preizdenti olmaq istəyir. ANS PRESS-in məlumatına görə, bu barədə ukraynalı siyasətçinin vəkili Vitali Serdyuk bildirib.

"Yanukoviçin Ukraynaya qayıtmaq niyyəti var və bunun üçün müəyyən hüquqi addımlar atılacaq. Yanukoviç prezident səlahiyyətlərindən imtina etməyib və ölkəni idarə etməkdən çəkilməyib. Onun vəzifədən kənarlaşdırılması proseduru zamanı Ukrayna qanunları kəskin şəkildə pozulub”, - deyə Vitali Serdyuk bildirib.

O əlavə edib ki, Yanukoviç beynəlxalq axtarışda deyil və dünyada sərbəst hərəkət edir. "Onun həyatı və təhlükəsizliyinə görə ancaq Ukraynada narahat olmaq olar", - deyə vəkil əlavə edib.

Ötən ilin dekabrında Yanukoviç yenidən siyasətə gəlmək barədə fikrinin olduğunu elan edib. O, artıq hazırki hakimiyyətdə olan siyasətçilərlə görüşdüyünü, daha onunla danışmaqdan qorxmadıqlarını bildirib.

Ukraynada 2014-cü il fevralın 22-də dövlət çevrilişi olub və Ali Rada prezident Yanukoviçi hakimiyyətdən kənarlaşdırıb. O da həyatı üçün ehtiyat edərək, Ukraynanı tərk etməyə məcbur olub. Rada, həmçinin, Konstitusiyada dəyişikliklər edərək, yeni prezident seçkiləri keçirib. Seçkilərdə Pyotr Poroşenko qalib gələrək, prezident vəzifəsinə yiyələnib. Kiyev məmurları Yanikoviç və digər vəzifəlilər haqqında cinayət işi açılmasını tələb ediblər.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300