sitename

        Honq Konq: Xalq hökumətin istefasını tələb edir -FOTOLAR

 

Çin əleyhinə 1 milyon nəfərlik mitinq keçirilib

Qərb mediasının əsas xəbər başlıqlarından biri Honq Konqla bağlıdır. Bu şəhərdə 1 milyon nəfərdən çox insan nümayişə qatılıb.

Nümayişin səbəbi isə ölkə rəhbərliyinin yeritdiyi siyasətlə bağlıdır və siyasi xarakter daşıyır. Söhbət ondan gedir ki, Çinin bir parçası olan Honq Konq XVII əsrdə İngiltərənin əlinə keçib. Ancaq bu ərazi 1997-ci ildə Çin Xalq Respublikasına qaytarılsa da bu bölgə xüsusi statusa malikdir və avtonom şəkildə fəaliyyət göstərir. Burada əhalinin yaşayış səviyyəsi Çindən müqayisə olunmaz dərəcədə üstündür. Honq Konqda insanların illik gəliri 40 min dollar civarındadır. Çində isə günə 2 dollar qazananlar rəsmən kasıb hesab olunmur.



Rəsmi Pekin Honq Konqda öz nüfuzunu artırmaq üçün yerli siyasətçiləri ələ almağa çalışır. Müxtəlif vasitələrlə onlara təsir göstərir.

Nümayişə səbəb olan məsələnin mahiyyəti belədir ki, Honq Konqda müəyyən cinayət törətmiş şəxslər Çində məhkəmə qarşısına çıxarıla bilər. Yerli insanlar isə bunu istəmir. Problem ondan qaynaqlanır ki, Çində kommunist diktaturası hökm sürür, Honq Konq isə azad dünyanın qanunları ilə idarə olunur. Çin isə bununla razı deyil və Honq Konqda da eyni rejimi yaratmağa çalışır. Bu isə yerli əhalini ciddi şəkildə narahat edir.



Orası da var ki, Honq Konq iqtisadi baxımdan son dərəcə güclü ölkədir. Daxili Məhsulun həcmi 400 milyard dollara çatır. 7 milyon əhalisi olan ölkə üçün iqtisadi baxımdan dünyada 45-ci yerdə olmaq böyük göstəricidir. O da sirr deyil ki, Qərb ölkələri Honq Konqa Çinlə mübarizədə ciddi dəstək verir. Onlar bu ölkənin kommunistlərin nəzarət etdiyi düşərgəyə daxil olmasını istəmir.

Hazırda Honq Konqda siyasi böhran yaranıb. Xalq Çinin Honq Koqun daxili işlərinə qarışmasına imkan verən qanun layihəsini ortaya qoyan hökumətin istefasını tələb edir.

Elbəyi Həsənli, musavat.com

Картинки по запросу Hong Kong plunged into political crisis after huge protest against extradition lawКартинки по запросу Hong Kong plunged into political crisis after huge protest against extradition law

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300