sitename

           Peyğəmbərin (s) təbliğ üslubu

 

Allahın rəhmət və mehribanlıq elçisi, vəhyinin əmanətçisi, peyğəmbərlərin sonuncusu, cənnət müjdəçisi, əzabdan qorxudan, doğru yol bələdçisi, bəndələrin başçısı həzrət Muhəmməd (s) Quranla bütün peyğəmbərlərdən sonra göndərilərək vəhyə xitam verdi. Allah onu elm və peyğəmbərlik nuru ilə göndərərək bütün yaranmışlardan üstün etdi. O həzrət məmur olduğu əmri bəyan edib Rəbbinin göstərişlərini bəşəriyyətə çatdırdı. Həzrət Muhəmməd (s) nəsihət, doğru yol, hikmət, bilik və gözəl öyüdlərlə camaatı Allaha itaət etməyə, Ona tabe olmağa dəvət etdi. Xalq arasında əmanətdarlıq və səxavətlə tanındı. Ömrünün sonunadək bəşəriyyətin ondan gördüyü təkcə yaxşılıq oldu. Allahın dini uğrunda cihad edib onun düşmənlərinə qalib oldu. Bu kiçik yazıda o həzrətin təbliğ üslubu və maarifləndirmə üsulunu tanıdan bəzi Quran ayələrinə işarə edirik:

İlk olaraq qohum-əqrəbadan başladı; "Və ən yaxın qohumlarını qorxut!”(1) Öz ailəsi xüsusən zövcələrini dinin əsaslarını qorumağa əmr etdi; "Siz ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar bir çirkin (günah) iş görsə, onun əzabı ikiqat olar... Sizdən hər kim Allaha və Rəsuluna itaət edib yaxşı işlər görsə, onun mükafatını ikiqat verərik... Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. (Sizin qədir-qiymətiniz, məqamınız daha yüksəkdir. Allahdan qorxsanız, daha şərəfli olarsınız). Buna görə də (yad kişilərə) yumşaq danışmayın..., evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın. (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!) Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin.”(2)

Tohid kimi mühüm məsələləri tutarlı dəlillərlə isbat edirdi; "Əgər (yerdə və göydə) Allahdan başqa tanrılar olsa idi, onların ikisi də (müvazinətdən çıxıb) fəsada uğrayardı..."(3) Bəzi vaxtlar sual şəklində əsas gətirməklə insanları ruhi saflaşma, ruhi kamilləşmə, qüsurlardan azad olma və bir sözlə fitrətlərini oyatmağa sövq etdirirdi; "... Belə olduqda doğru yola yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə yürüdürsünüz?”(4) Məsəl çəkmək də peyğəmbərin təbliğ üslubundan idi; "Biz bu Quranda insanlar üçün hər çür məsəl çəkdik ki, bəlkə, öyüd-nəsihət qəbul etsinlər!”(5)

Təbliğ edərkən dözümlü və səbirli idi; "(Ya Rəsulum!) "Sənə əmr edildiyi kimi, düz (yolda) ol....”(6); "Peyğəmbərlərdən əzm (və səbat, şəriət) sahibləri olanların səbr etdiyi kimi, sən də (Allah yolunda çətinliklərə, əziyyətlərə) səbr et...”(7) Heç vaxt münafiqlərin istehzasından narahat olmadızdı; "Biz sizdən əvvəlkilərə də neçə-neçə peyğəmbərlər göndərmişdik. Onlara elə bir peyğəmbər gəlməzdi ki, ona istehza etməsinlər!”(8) Əksinə insanların iman gətirməyində israrlı idi; "(Ya Peyğəmbər!) Əgər (bu müşriklər sənin dəvətindən) üz döndərsələr (əsla ürəyini qısma). Biz səni onlara gözətçi göndərməmişik. Sənin öhdənə düşən ancaq (risaləti) təbliğ etməkdir...”(9); "Ya Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş! (Kafirləri qılıncla, münafiqləri isə dəlil-sübutla, sözlə məhv et!) Onlarla sərt davran!(10); "Ya Peyğəmbər! Sənə və sənin ardınca gedən möminlərə təkcə Allah bəs edər.”(11); "Ya Peyğəmbər! Ürəklərində inanmadıqları halda, dildə (ağızları ilə): "İnandıq”, deyənlərin (münafiqlərin), yəhudilərdən yalana qulaq asanların, sənin hüzuruna gəlməyən başqa bir camaata qulaq asanların (onlara casusluq edənlərin) küfr içində vurnuxanları səni kədərləndirməsin...”(12)

O gözəl əxlaqa yiyələnmişdi; "Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!”(13); "(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə...!”(14); "Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!”(15)

Camaatla birgə olmaq, mehribanlıq və qayğıkeşlik göstərmək, bütün təbəqələrlə ünsiyyət yaratmaq və insanları tərbiyə etmək o həzrətin xüsusiyyətlərindən idi; "(Ya Rəsulum!) De: "Mən də ancaq sizin kimi bir insanam”.(16); "Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik. Bütün aləmlər əhli, o cümlədən göydəki mələklər, yerdəki insanlar və cinlər sənin vücudunla şərəfə nail olurlar. Sənin sayəndə günahkarlara möhlət verilmiş, hətta səni inkar edənlərin belə cəzası qiyamətə qədər təxirə salınmışdır. Möminlər isə sənə iman gətirməklə dünyada böyük savab qazanıb axirətdə yüksək dərəcələrə, əbədi səadətə nail olacaqlar”.(17); "O qulaq sizin üçün bir nemətdir”.(18)

Peyğəmbər nümunəvi insan idi. Dediklərinə əməl edərdi və camaat üçün ömrünün sonunadək əbədi örnək olaraq yaşadı; "Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!”(19)

Xalqı maarifləndirməyə xüsusi iltifat buyurardu və bunun üçün müxtəlif təbliğ vasitələrindən istifadə etməyə əmr olunmuşdu; "Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər.”(20); "İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et...!”(21)

Müjdəçilik və qorxutmaq da peyğəmbərin risalətində önəmli rol oynayırdı. Belə ki, o həm dünyəvi və axirət nemətlərinə müjdəçi idi, həm də dünya və axirət bəlaları ilə xalqa nəsihət verərdi; "(Möminlərin) Ona qovuşacaqlarını gün (Cənnətdə bir-birinə) xeyir-duaları (və ya Allahın onlara verəcəyi xeyir-dua) "salam”dır! (Allah) onlar üçün çox qiymətli (tükənməz, gözəl) mükafat hazırlamışdır. Ya Peyğəmbər! Həqiqətən, Biz səni (ümmətinə) bir şahid, bir müjdəçi və bir qorxudan kimi göndərdik!”(22); "Sən ancaq (insanları Allahın əzabı ilə) qorxudansan. Hər tayfanın (doğru yol göstərən) bir rəhbəri (peyğəmbəri) vardır”(23); "… Mən isə ancaq (sizi Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!”(24); "Ey camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bollu yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvət də artırsın. (Mənim dəvətimdən və imandan) günahkar olaraq üz çevirməyin!”(25); "Allahın sizi (haqq-hesab üçün) toplanmış gününə cəm edəcəyi gün kafirlərin dünyaya uyaraq axirəti əldən verdiklərinə görə, bəzi möminlərin də dünyada bacardıqlarından az yaxşı əməllər etdiklərinə görə aldanmaları bəlli olacaqdır). Kim Allaha iman gətirib yaxşı əməllər etsə, (Allah) onun günahlarının üstünü örtər və onu (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Belələri orada (Cənnətdə) əbədi qalacaqlar. Bu, böyük qurtuluşdur!”(26); "Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər.”(27); "... Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!”(28)

Peyğəmbərin camaata çatdıracaqlarından biri də bizdən qabaq yaşayan ümmətlərin əhvalatlarını ibrət almaq üçün deməsi idi;"(Ya Rəsulum!) Biz peyğəmbərlərin xəbərlərindən (başlarına gələnlərdən) ürəyini möhkəmləndirəcək (qəlbinə qüvvət verəcək) nə varsa, (hamısını) sənə nağıl edirik. Bu (surə) sənə haqq, möminlərə isə moizə və öyüd-nəsihət olaraq gəlmişdir!”(29)

Şübhəsiz bütün bunlar çox dəyərli (qiymətli) və batil ona yol tapa bilməyən bir kitabla (Quranla) müvafiq olmalı idi və Peyğəmbər (s) əsassız (vəhyə isnad etmədən) heç bir şey deməzdi; "O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir”(30); "Əgər o (Peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə isnad etsəydi, Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)! Sonra onun şah damarını qopardardıq!”(31) Çünki peyğəmbərin vəzifəsi Quranı təbliğ etmək idi; "(Ya Rəsulum!) Sənə əmr olunanı (Quranı) açıq-aşkar təbliğ et...”(32) Amma insanlar haqq yoldan çıxdıqları və Qurana əməl etmədikləri təqdirdə Peyğəmbər Allaha şikayət edər: "Peyğəmbər də "Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etmişdi!” – deyəcək”(33)

 

Qeydlər:

1- "Şüəra” surəsi, 214-cü ayə.

2- "Əhzab” surəsi, 30-33-cü ayələr.

3- "Ənbiya” surəsi, 22-ci ayə.

.4- "Yunus” surəsi, 35-ci ayə.

5- "Zumər” surəsi, 27-ci ayə.

6- "Hud” surəsi, 112-ci ayə.

7- "Əhqaf” surəsi, 35-ci ayə.

8- "Zuxruf” surəsi, 6-7-ci ayələr.

9- "Şura” surəsi, 48-ci ayə.

10- "Tövbə” surəsi, 73-cü ayə.

11- "Ənfal” surəsi, 64-cü ayə.

12- "Maidə” surəsi, 41-ci ayə.

13- "Nun” surəsi, 4-cü ayə.

14- "Ali-İmran” surəsi, 159-cu ayə.

15- "Tövbə” surəsi, 128-ci ayə.

16- "Fussilət” surəsi, 6-cı ayə.

17- "Ənbiya” surəsi, 107-ci ayə.

18- "Tövbə” surəsi, 61-ci ayə.

19- "Əhzab” surəsi, 21-ci ayə.

20- "Ali-İmran” surəsi, 164-cü ayə.

21- "Nəhl” surəsi, 125-ci ayə.

22- "Əhzab” surəsi, 44-45-ci ayələr.

23- "Rəd” surəsi, 7-ci ayə.

24- "Mulk” surəsi, 26-cı ayə.

25- "Hud” surəsi, 52-ci ayə.

26- "Təğabun” surəsi, 9-cu ayə.

27- "Şura” surəsi, 30-cu ayə.

28- "Maidə” surəsi, 72-ci ayə.

29- "Hud” surəsi, 120-ci ayə.

30- "Nəcm” surəsi, 3-4-cü ayələr.

31- "Haqqə” surəsi, 44-46-cı ayələr.

32- "Hicr” surəsi, 94-cü ayə.

33- "Furqan” surəsi, 30-cu ayə.

İlahiyyatçı: Ə.Şəhriyar

Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300