sitename

              Quranın İncil və Tövratla fərqi

 

Allah-taala Qurani-kərimdə buyurur:

 

..."(Ya Rəsulum!) Biz (Quranı) sənə haqq olaraq, özündən əvvəlki kitabı (bütün ilahi kitbları) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) olaraq endirdik”...[1]

 

Bütün səmavi kitablar,etiqadi məsələlərdəbir-birinəuyğundurlarvə bütövlükdə bir məqsədə (insanların hidayəti və təkamülünə) doğru yönəliblər. Lakin bəşərin təkamülü tədrici olduğuna görə, müəyyənməsələlərdə bir-birilərilə fərqlənirlər. Hər din insanlar üçün müəyyənbirzamanda nazil olaraqdaha geniş proqramlar gətirir. Bu kiçik yazıda Quranla İncil və Tövratın bəzi fərqlərinə işarə edirik:

 

1.Qurani-kərim peyğəmbərin (s) əbədi möcüzəsidir. Heç kəs ona bənzər bir kitab gətirməyib, heç vaxt gətirədə bilməz. Qurani-kərim bu barədə buyurur:

 

"Əgər bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də (fəsahət və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər ("bu, bəşər kəlamıdır” sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi bu işdə köməyə) çağırın!Madam ki, beləbir işi bacarmırsınız, heç bacara da bilməzsiniz”...[2]Amma İncil və Tövrat möcüzə deyillər.

 

2.Qurani-kərim iki şəkildə nazil olmuşdur:

 

a)Allah-təala tərəfindən mübarək Ramazan ayının qədr gecəsindəəziz İslam peyğəmbərinə (s)bir dəfəyə və tamşəkildə;

 

b)Tarixi hadisələr, şərait və insanların ehtiyaclarına cavab olaraq 23 il ərzində tədricənPeyğəmbərə (s) nazil olmuşdur. Lakin Tövrat və İncil məhz "bir dəfəyə” nazil olmuşdur.

 

3.Əlimizdə mövcud olan Quran əzizİslam peyğəmbərinə (s) nazil olan Allahın kəlamından fərqli deyil. Qurani-kərim o həzrətin xüsusi nəzarətilə artırıb-əskilmədən kitab şəklinə salınmışdır. Çünki, Quranı təhrifdən qoruyub saxlamağı Allah-taala öz öhdəsinə götürmüşdür:

 

"Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif vədəyişiklikdən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!”[3]

 

Lakin hal-hazırkı İncil və Tövrat belə deyillər. Tarixi sənədlər və sair dəlillərə əsaslanaraq demək olar ki, əsilİncil və Tövrat aradan getmiş, o iki səmavi kitabın məhz bəzi hissələrini həzrət Musa (ə) və həzrət İsanın (ə) ardıcılları tərəfindən onlardan bir müddət sonra yazıblar. Təəssüflər olsun ki, sonradan yazılan bu iki kitab cürbəcür xurafatlar və saysız-hesabsız cəfəngiyatlarla qarışmışdır. Deməli hal-hazirkı İncil və Tövrat yəhudilər və xristianların vasitəsilə yazılan tarixi kitablar toplumudur və həzrət Musa (ələyhis-səlam) və həzrət İsaya(ələyhis-səlam)nazil edlmişsəmavi kitablar deyil.

 

4.Qurani-kərimin maarifi də Tövrat və İncilin maarifi ilə müqayisə olunmaz dərəcədə fərqlidir.

 

Birinci:..."Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günah və savabı) izah etmək üçün, nazil etdik!”...[4]Quranda insan təkamülündə rol oynayan müxtəlif əqidələr, fikir çalarları, əsaslı nəzərlər, davranış qaydaları, fərdi, ictimai, maddi, mənəvi, dünya və axirət aid məsələlərvə s. amillər açıqlanmışdır. Qurani-kərimin maarifi insanlarınümumifitrətiləuyğundur. Buna görə də hərtərəfli və bütün zaman və məkanları əhatə etmək xüsusiyyətinə malikdir.

 

İkinci:Qurani-kərimin maarifiağılvə məntiqə əsaslanır. İslam dinin əsas təlimləriağılvə təfəkkürümeyargötürərək cəhalətvə kor-koranə olan təqlidiqadağanedir.

 

Üçüncü:Qurani-kərim xüsusinəzərlə(ifrat və təfritdən uzaq) insan varlığının həqiqəti, onun fitrətilə uyğunluğuna vararaq insan həyatının hədəflərini mərhələlərindən asılı olaraq bəyan etmişdir ki, bütün istedadlar ərsəyə çıxaraq canlansın. Buna görə də dünyapərəstliyi və maddi istəklərətabe olmağıməzəmmət etmişdir.

 

Dördüncü:Qurani-kərim ixtilaflı və ziddiyyət təşkil edən sözlərdən uzaqdır. Halbuki, qeyd etdiyimiz xüsusiyyətlərin heç biri hal-hazırkı Tövrat vəİncildə mövcud deyil və əksinə xurafatlarla doluolan bu iki kitab həttapeyğəmbərlərədəyaraşmayanittihamlar söyləməkdən çəkinməmişlər. Nümunə olaraqonlardanbir neçəsinə işarə edirik:

 

a)Tövrat inək heykəli düzəldib və camaatı ona sitayiş etmək itthamını həzrət Musanın (ələyhis-səlam) canişini həzrət Haruna (ələyhis-səlam) mənsub edir. Halbuki, Bəni-İsraldən olan Samiri adlı bir şəxs bunu etmişdir və Quran bu iki peyğəmbəri şirk və bütpərəstlik kimi bütün nöqsanlardan pak və uzaqolaraq qeyd edir.

 

b)Qurani-kərim elm, təqva sahibi həzrət Süleyman peyğəmbəri (ələyhis-səlam) böyük hökuməti olmasına baxmayaraq heç vaxt məqam və dünya malının əsiri olmadığını bəyan edir. Lakin Tövrat müxtəllif yerlərdə ona qarşı ən pis ittihamlarıirəli sürür ki, onları nəqletmək belə, xəcalətə səbəb olar.

 

c)İncil Allahı təcəssümlə[5](cism olmaqda) ittiham edərək deyir: "Allah-taala insan şəklində mücəssəm olub və...” Amma Qurani-kərim buyurur:

 

"...Ona (Allaha) bənzər heç bir şey (varlıq) yoxdur...”[6]

 

 

Əlavələr:

[1]."Maidə"surəsi, 48-ci ayə.

[2]."Bəqərə"surəsi, 23-24-cü ayələr.

[3]"Hicr"surəsi, 9-cu ayə.

[4]. "Nəhl"surəsi, 89-cu ayə.

[5].Allahın səlbi sifətlərindəndir.

[6]. "Şura"surəsi, 11-ci ayə.

İlahiyyatçı: Şəhriyar Əliyev

 

Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300