sitename

           İşıq limitinin ləğvi məsələsi yenidən gündəmdə

 

İqtisadçılara görə, ölkədə elektrik enerjisinə tətbiq edilən limit əsaslı deyil və tamamilə götürülə bilər…

Elektrik enerjisinə tətbiq edilən limitin ləğvi məsələsi ötən həftəsonu Milli Məclisdə yenidən gündəmə gətirilib. Belə ki, deputat Fazil Mustafa bildirib ki, elektrik enerjisinə tətbiq edilən limit aradan qaldırılmalıdır.

"Biz Milli Məclisdə qazın limitinin aradan qaldırılması ilə bağlı məsələ qaldırmışdıq. Prezidentin tapşırığından sonra limit müəyyən qədər artırıldı. Bu, müsbət addımdır. Hesab edirəm ki, elektrik enerjisinə tətbiq edilən limit də aradan qalxmalıdır”, - deyə o qeyd edib.

O əlavə edib ki, elektrik enerjisi istehlak edən əhali qrupunun vəziyyəti yaxşı deyil: "Yay mövsümü kondisionerin, qış mövsümündə isə soyuq hava elektrik enerjisindən daha çox istifadə etməyi qaçılmaz edir. Hesab edirəm ki, elektrik enerjisi ilə bağlı limit aradan qaıldırılmalıdır”.

Onu da qeyd edək ki, qaz limitinin ləğvi müzakirə edilən zaman elektrik enerjisi ilə bağlı da fikirlər səsləndirilmişdi. Bir sıra ekspertlər əsaslandırmışdılar ki, Azərbaycanda işıq limitinin ləğvi iqtisadi baxımından tamamilə mümkündür və bu, heç də müvafiq qurumlar üçün çətinlik yaratmaz.

Yay mövsümü olduğu üçün hazırda əhali elektrik enerjisindən daha çox istifadə edir. Bu xüsusda sosial şəbəkələrdə də elektrik enerjisi ilə bağlı limitin ləğvi məsələsi arzu edilir.

“Yeni Müsavat”a danÄ±à Ÿan iqtisadçı Fikrət Yusifov ile ilgili görsel sonucu

 

"Yeni Müsavat”a danışan iqtisadçı Fikrət Yusifov da bildirdi ki, Azərbaycanda elektrik və qaz limitinin ləğvi tamamilə mümkündür:"Elektrik enerjisinin satışı ilə məşğul olanlar çalışırlar əsaslandırsınlar ki, maya dəyəri baha başa gəldiyi üçün qiyməti qaldırmağa məcburdurlar. Ancaq mən, onların dediklərini qəti şəkildə qəbul etmirəm. Hesab edirəm ki, işığın, qazın və dövlət monopoliyasında olan müəssisələrin göstərdiyi xidmətlərin maya dəyərini araşdırsan, orada bəs deyincə rezervləri görmüş olarıq. Bu gün təşkilatlar özlərinin fəaliyyətlərində nə qara məqamlar varsa, onların hamısını maya dəyərinə daxil edirlər. Məhsulun maya dəyərini normal şəkildə araşdırdıqda görmək olar ki, orada böyük ehtiyatlar var. Müstəqil şəkildə, bu işi yaxşı bilən peşəkarlar araşdırma edə bilərlər. Bu zaman ortaya xeyli məqamlar çıxar. Müxtəlif səbəblərdən 3 qəpiyə yerin altından çıxarılan qaz 10 qəpiyə satılanda belə, əldə edilən gəlir, xərcləri bağlamır. Hansı ki, bu xərclər yersiz şəkildə maya dəyərinə daxil edilib. Azərbaycan iqtisadiyyatının ciddi problemlərindən biri də maya dəyəri ilə bağlıdır. Rezervlər kifayət qədərdir ki, bu limitlər ləğv olunsun”.

Ä°lgili resim

 

İqtisadçı Natiq Cəfərli də bildirib ki, Azərbaycanda elektrik enerjisinə tətbiq edilən limit tamamilə ləğv edilməlidir:"Bu limitin qəbul edilməsi əslində absurd qərar idi. Çünki Azərbaycan əhalisi dolayısı ilə elektrik enerjisinin istehsalında iştirakçıdır. Ona görə ki, Azərbaycanda dövlət investisiyalarının hesabına elektrik enerjisi istehsal edilir. İstər modul stansiyaları, istərsə də qaz stansiyaları olsun, onların hamısı büdcədən maliyyələşir. Burada heç bir özəl sektor çalışmır ki, qoyduğu vəsaitin geri qayıtması üçün qiyməti qaldırsın. Dövlət investisiyalarının formalaşması və yerinə yetirilməsində isə hər bir Azərbaycan vətəndaşı, vergi ödəyicisi kimi iştirak edir. Ona görə də biz artıq elektrik enerjisinin istehsal prosesinə çəkilən xərcin ilkin olaraq ödəyicisi kimi çıxış edirik. Bu baxımdan elektrik enerjisinə, təbii qaza limitlərin qoyulması normal yanaşma deyildi. Bu gün həmin limitlər ləğv edilərsə, yerində atılmış addım olar. Çünki elektrik enerjisi ilə bağlı problemlər bu gün də davam edir və əhalinin cibinə ziyan vuran amillərdən birinə çevrilib”.

İqtisadçı bildirdi ki, limitlərin artırılması da sərf edə bilər, bu, nə qədər artırılmadan asılıdır:"Qazdakı limitin artırılmasından çox, ləğvi əhali üçün daha sərfəli idi. 2004-cü ildən bəri səmt qazı Azərbaycana pulsuz verilir. Bu, ildə 2.5 -3 milyard kubmetr qaz deməkdir. Ölkə əhalisinin işlətdiyi qaz da təxminən bu qədərdir. Ona görə də limitin tamamilə ləğv edilməsi, daha məntiqli olardı. O cümlədən eyni məsələ elektrik enerjisinə də aiddir. Çünki bu enerji də daxili xammal hesabına formalaşır. Həmin enerji müəssisələrinin də yaranmasında, Azərbaycan əhalisi vergi ödəyicisi kimi iştirak edir. Buna görə də hər iki sahədə limit ləğv edilə bilər”.

Əli RAİS, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300