sitename

                 "Azərbaycan öz yumruğunu düşmənə göstərəcək” -Polkovnik

 

"Cəbhə bölgəsində baş verən son təxribatlar Ermənistanın baş naziri Nikol Paşinyanla "Qarabağ klanı" arasında davam edən qarşıdurma fonunda qiymətləndirilməlidir”

Bunu AzVision.az -a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Paşinyanın bununla bağlı bəyanatını xatırladan polkovnik bildirib: "Paşinyan bir müddət öncə bəyan etdi ki, "Qarabağ klanı" cəbhə bölgəsində təxribat törədilməsində maraqlıdır. Belə olduqda, Azərbaycan adekvat addım atmağa məcbur olacaq və torpaqlarını işğaldan azad edəcək. Bunu da mənim hakimiyyətimin üzərinə yıxmaq istəyirlər”. Bu bəyanatdan sonra Azərbaycan Silahlı Qüvvələrinin mayoru Aqil Omarov şəhid oldu. Təxribat kədərli olsa da, bu fakt onu göstərir ki, Ermənistandakılar hakimiyyətə nəzarəti itiriblər. Ermənistanda hakimiyyət Qarabağı nəzarətdə saxlaya bilmir.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov bütün çıxışlarında düşmənə xəbərdarlıq etmişdi ki, təxribata əl atsanız, Silahlı Qüvvələrimiz qat-qat güclü zərbə ilə cavab verəcək. Bu, cəbhə bölgəsində olan bütün bölmələrə tapşırıqdır. Xəbərdarlıqdan sonra düşmən bir qədər təxribat xarakterli addımlarını dayandırdı. Baş verən son hadisə isə göstərir ki, "Qarabağ klanı" cəbhədə təxribat törədilməsində və Azərbaycanın cavab addımı atmasında maraqlıdır. Azərbaycan aprel döyüşlərindən də şiddətli döyüşlər, antiterror əməliyyatı həyata keçirərək, işğalçı, quldur qüvvələri darmadağın edərək ərazi bütövlüyünü bərpa etsin. Hesab edirəm ki, son təxribata bu fonda qiymət vermək lazımdır”.

Ş.Ramaldanov vurğulayıb ki, son təxribatdan sonra cəbhədə ermənilərin itkiləri sonuncu olmayacaq: "Proses davam edəcək. Azərbaycan ordusu öz şəhidinin qisasını alacaq, qanını yerdə qoymayacaq. Bu, ermənilərə dərs olmalıdır. Azərbaycan öz yumruğunu düşmənə göstərəcək. Təbii ki, erməni işğalçı qüvvələri bütün təmas xəttində bu gücü, bu narahatçılığı, bu qisası hiss edəcək. Həm əsgərlər, həm zabitlər, həm də valideynlər bunu görəcəklər. Ona görə düşünürəm ki, bir zabitimizi itirsək də, Ermənistan tərəfi hələ çox itkilər verəcək”.

Polkovnik qeyd edib ki, Azərbaycan bölmələri təmas xəttində qisas almaqla öz münasibətini şəhidimizin ruhuna bildirəcək. Bundan sonra Ermənistanın mövqeyindən çox şey asılıdır. Əgər atılan addımlar Ermənistan rəhbərliyini, "Qarabağ klanı"nı təxribatlar törətməkdən əl çəkməyə məcbur etməsə, Azərbaycan ordusu öz torpaqlarını güc yolu ilə azad edəcək.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300