sitename

           Tələbə oxuduğu universitetdən 60 min funt təzminat alıb

 

Bitirdiyi universiteti "Mickey Mouse" diplomuna görə, yəni "əhəmiyyətsiz ixtisası aldadıcı reklamla bəyəndirdiyinə" görə, məhkəmyə verən xarici məzun məhkəmədənkənar qaydada əldə edilmiş razılıq əsasında həmin universitetdən £60000 məbləğində (təxminən $78000) təzminat alıb.

Pok Wong 2013-cü ildə Anglia Ruskin universitetini beynəlxalq biznes strategiyası üzrə bitirib. Lakin məzun iddia edib ki, universitet "karyerasının perspektivini şişirdib" və saxta reklama görə universiteti məhkəməyə verib. Anglia Ruskin universitetinin sözçüsü bildirib ki, iddiaçı ilə razılıq universitetin sığorta şirkətinin vəkillərilə razılaşdırılıb, universitet isə bunu dəstəkləməyib.

Fiona adı ilə də tanınan Pok Wong iddiasında qeyd edib ki, universitetin bukletində yerləşdirilmiş məlumat düzgün olmayıb.

O, BBC-yə 2018-ci ildə deyib:"Onlar elə bilir ki, xarici tələbələr [və] biz bura bir parça kağız, diplom üçün pul ödəməyə gəlirik."

"Lakin biz bura keyfiyyətli ixstisasa yiyələnmək, bilik almaq üçün gəlirik, - Pok Wong deyib. - Onlar bu universitetdə alınan ixtisasın əhəmiyyətini şişirdiblər, onlar əlaqələrinin əhatəliyini, öz nüfuzlarını şişirdiblər".

Ötən il Mərkəzi Londonun County məhkəməsi məsələni universitetin xeyrinə həll edərək Pok Wong-un Anglia Ruskin universitetinə məhkəmə xərclərinə görə £13700 məbləğdə ödəniş etməsi barədə qərar çıxarıb.

Lakin universitetin sığortaçısı keçmiş tələbəyə məktub yazaraq, ona £15000 məbləğdə olan iddiasını və əlavə olaraq çəkdiyi məhkəmə xərcini ödəməyi təklif edib.

Anglia Ruskin universitetinin sözçüsü deyib ki, Pok Wong-un idddiası "bir neçə dəfə rədd edilib və heç zaman təmin olunmayıb".

Universitet qeyd edib ki, sığortaçının vəkillərinin qərarını dəstəkləməyib: "Biz hesab edirik ki, onlar məsələyə başdansovdu və universitetin maraqlarının əksinə olaraq yanaşıblar ".

Anglia Ruskin Universiteti.

Pok Wong isə öz Facebook səhifəsində yazıb ki, universitet haqlı olmadığını inkar etsə də, "ödənişin verilməsi onun haqlı olduğunu təsdiqləyir".

 

Tələbə Milli İttifaqının (NUS) sözçüsü bu məsələylə əlaqədar deyib ki, "tələbələrin qanuna uyğun olaraq hüququları var və razılaşmanın əldə olunması barədə xəbər onlara hüquqlarının müdafəsi yolunu göstərir".

Lakin sözçü onu da əlavə edib ki, NUS tələbələrin maddi iddialar irəli sürməkdənsə onların təhsil prosesində "partnyor" mövqeyindən çıxış etmələrinə üstünlük verir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300