sitename

                   Qurtuluş ticarəti

Mərhəmətli, rəhimli Allahın adı ilə! "…Alış-verişin, dostluğun və şəfaətin

mümkün olmayacağı gün (qiyamət günü) gəlməmişdən əvvəl sizə verdiyimiz

ruzidən paylayın…!”[1] Heç bir alış-verişin mümkün olmayacağı gün "qiyamət

günüdür”. İnsan dünyada olduqda alış-verış edə bilər. Qiyamət günü heç bir alış-

verişə icazə verilməyəcək. İmam Hadi (ə) buyurub: "Dünya bir bazardır. Bir qisim

insanlar bu bazarda qazanc əldə edər, bəziləri isə uduzarlar”[2]

 

الدُّنْيَاسُوقٌ‏ رَبِحَ فِيهَا قَوْمٌوَ خَسِرَ آخَرُون‏

Qurani-Kərim: "Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən

möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd

edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən

kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)![3]

Hərçənd, bu ayə cihad barədədir. Lakin cihada məxsus deyil. Sair ibadətlər də

belədir. Əslində bu ayə Allah-taala ilə alış-verişin xüsusiyyətlərini izah edir. Belə

ki, satıcı mömin insan, satılan şey can və mal, qazanc isə cənnətdir. Bu alverin

şahidləri ilahi Peygəmbərlər, sənədi isə Tövrat, İncil və Qurandır. Canımızı və

malımızı Allaha satarıqsa, Allah-taala onu kamil şəkildə özümüzə qaytaracaq;

"Hər kəs (Rəbbinin hüzuruna) yaxşı əməllə (tövhid kəlməsi ilə, səmimi-qəlbdən

imanla) gəlsə, onu (bu əməlin) müqabilində daha yaxşı bir mükafat gözləyir…”[4]

"Hər kəs (Rəbbinin hüzuruna) yaxşı əməllə (səmimi-qəlbdən imanla) gəlsə, ona

bundan (əməlindən) daha yaxşısı verilər…”[5] Həm də on qat əvəzi veriləcək.[6]

Bu alış-veriş şeytanla baş tutarsa, şeytan insanla heyvan kimi davranar; "(İblis):

"(Pərvərdigara!) Bir de görək (məni oddan, bu Adəmi torpaqdan yaratdığın halda)

nə üçün onu məndən üstün tutdun? Əgər (məni öldürməyib) qiyamət gününə qədər

mənə möhlət versən, az bir qismi istisna olmaqla, onun nəslini öz hökmüm altına

alaram (və ya yoldan çıxarıb kökünü kəsərəm)”.[7] Bu üzdən şeytanla alış-veriş

edənlərin heç bir qazancı olmayacaq; "Onların alveri xeyir getirmədi və haqq yolu

da tapmadılar.[8]

 

…فَمارَبِحَتْ‏ تِجارَتُهُم‏…

Yuxarıdakı sətirlərdə qeyd olunduğu kimi, bir tərəfdən Qiyamət günü alış-veriş

mümkünsüz olacaq. Digər tərəfdən insanlar hamılıqla cəhənnəmdəki körpünün

üstündən keçmək məcburiyyətində olacaqlar; "Sizdən elə bir kəs olmaz ki, oraya

daxil olmasın. Bu, Rəbbinin (əzəldən) buyurduğu vacib bir hökmdür. (Bütün

insanlar Cəhənnəmin müdhiş mənzərəsini onun körpüsü üstündən keçərkən öz

 

gözləri ilə görəcəklər. Cənnətliklər cəhənnəm odunun içindən yanmadan, sağ-

salamat keçəcək, cəhənnəmliklər isə ora düşüb əbədi əzaba məhkum olacaqlar. Bir

qism insan da müəyyən müddət orada qalıb günahı təmizlənəcək, sonra Cənnətə

qayıdacaqdır). Sonra Biz Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat

verəcək, zalımları isə orada diz üstə çökmüş halda saxlayacağıq!”[9]

 

وَ إِنْ مِنْكُمْ إِلاَّوارِدُها كانَ عَلى‏ رَبِّكَحَتْماً مَقْضِيًّا. ثُمَّ نُنَجِّي الَّذينَاتَّقَوْا وَ نَذَرُ الظَّالِمينَفيها جِثِيًّا

Əgər ticarət yeganə "qurtuluş” mənbəyidirsə əlbəttə bunu izah edən və şərtlərini

açıqlayan ayələr də mövcuddur; "Ey iman gətirənlər! Sizə elə bir ticarət (qazanc

yolu) göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin? (O qazanc yolu budur:)

Allaha və Onun Peyğəmbərinə iman gətirəsiniz. Allah yolunda malınız və

canınızla vuruşasınız (cihad edəsiniz). Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!

(Əgər belə etsəniz) O sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından

çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl saraylara daxil edər. Bu,

böyük qurtuluşdur (uğurdur)![10]

 

يا أَيُّهَا الَّذينَ آمَنُوا هَلْ‏ أَدُلُّكُمْ‏عَلى‏ تِجارَةٍ تُنْجيكُمْ مِنْ عَذابٍ أَليم

Ayədə qeyd olunan "şiddətli əzab” Cəhənnəmin müdhiş mənzərəsidir. Bütün

insanlar onun körpüsü üstündən keçərkən o mənzərələri öz gözləri ilə görəcək. Bu

mənanı isə "Məryəm” surəsinin 71-ci ayəsindən çıxarış etmək olar. Allahdan

qorxub pis əməllərdən çəkinənlərə nicat veriləcək. Bu, böyük qurtuluşdur

(uğurdur)!

 

…ذلِكَالْفَوْزُ الْعَظيم‏

Allahın Kitabını oxuyan, namaz qılan, özlərinə verdiyimiz ruzilərdən (Allah

yolunda) gizli və aşkar xərcləyənlər heç vaxt kasad olmayacaq bir ticarətə

yiyələnəcəklər.[11]

 

…تِجارَةًلَنْ‏ تَبُور

Həzrət Peyğəmbər (s) "Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın” ayəsi

barədə buyurur: "Cənnət əhli Cənnətə daxil olarkən onlardan bir qismi başqalarına

deyər: "Rəbbimiz cəhənnəmə varid olmamızı vəd etməmişdirmi?!” Cavab gələr ki,

siz cəhənnəmə varid oldunuz, amma o sönmüş halda idi”[12]

عن النبی ص فيقوله تعالى: "وَ إِنْمِنْكُمْ إِلَّا وارِدُها” قال: اذا دخل‏أهل‏ الجنّة الجنّة قالبعضهم لبعض:أ

ليسقد وعدنا ربّنا أننرد النار، فيقال لهم:قد وردتموها و هي خامدة

 

Bütün bu ilahi kəlamlardan belə nəticə almaq olar ki, təqvalı şəxslərin təqvası

onlara nicat verəcək. Onlar cəhənnəmə daxil olacaqlar, lakin təqvaları cəhənnəm

odunu söndürəcək və cəhənnəmin müdhiş mənzərələrini müşahidə etmədən

qurtuluşa çatacaqlar. "…Məhz onlar ondan (Cəhənnəmdən) uzaqlaşdırılmış

olacaqlar.”[13]

 

…أُولئِكَعَنْها مُبْعَدُون‏

Bu, böyük qurtuluşdur (uğurdur)! Ona görə də Allah-taala Onunla ticarət edənləri

təbrik edir; "Etdiyiniz sövdəyə görə sevinin.”- deyir.[14]

 

فَاسْتَبْشِرُوابِبَيْعِكُمُ الَّذي بايَعْتُمْ بِه‏

 

Mənbələr:

1-"Bəqərə” surəsi, 254-cü ayə; "İbrahim” surəsi, 31-ci ayə.

2- "Tuhəful uqul”, səh: 483.

3- "Tövbə” surəsi, 111-ci ayə.

4- "Nəml” surəsi, 89-cu ayə.

5- "Qəsəs” surəsi, 84-cü ayə.

6- "Ənam” surəsi, 160-cı ayə.

7- "İsra” surəsi, 62-ci ayə.

8- "Bəqərə” surəsi, 16-cı ayə; Həcc surəsi, 4-cü ayə.

9- "Məryəm” surəsi 71-72-ci ayələr.

10- "Səff” surəsi, 10-12-ci ayələr.

11- "Fatir” surəsi, 29-cu ayə.

12- "Biharul-ənvar”, cild: 8, səh: 250.

13- "Ənbiya” surəsi, 101-ci ayə.

14- "Tövbə” surəsi, 11-ci ayə.


İlahiyyatçı-yazar: Şəhriyar Əliyev

Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300