sitename

               Pompeo: ABŞ ilkin şərt olmadan İranla danışıqlara hazırdır

 

ABŞ dövlət katibi Mayk Pompeo Vaşinqtonun ilkin şərt olmadan İranla danışıqlara hazır olduğunu bəyan edib.

ONA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, M. Pompeo deyib ki, ABŞ İranın "zərərli siyasəti"nə qarşı mübarizə aparmağa davam edəcək.

Dövlət katibi bildirib ki, İran özünü normal dövlət kimi aparmalı olduğu qənaətinə gəldiyi zaman ABŞ danışıqlara hazır olacaq.

Qeyd edək ki, son aylar ABŞ və İran arasında münasibətlər kəskinləşib. Vaşinqton bu ölkənin əsas iqtisadi sahələrinə sanksiyalar tətbiq edib. ABŞ sanksiyaların tətbiqində əsas məqsədin İranın davranışını dəyişmək olduğunu bəyan edib. Vaşinqton İran İslam İnqilabını Mühafizə Korpusunu isə terror təşkilatları siyahısına daxil edib. Buna cavab olaraq Tehran ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığını terrorçu təşkilat kimi tanıyıb, ABŞ-ın özünü isə "terrora sponsorluq edən dövlət" adlandırıb. Bundan sonra ABŞ Fars körfəzinə "Avraam Linkoln" aviadaşıyıcısını və bobardımançı təyyarələrini göndərib.

Bütün bunların fonunda ABŞ Prezidenti Donald Tramp İranla müharibədən yayınmağın mümkün olacağına ümid etdiyini söyləyib. İran ali dini lideri Əli Xamenei isə İranın ABŞ-la müharibə aparmaq niyyətində olmadığını, ancaq Vaşinqtona müqavimət göstərəcəyini bildirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300