sitename

           ABŞ səfiri məcburi köçkünlər üçün iftar süfrəsi açıb

 

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer Bakının Yeni Ramana qəsəbəsində məcburi köçkünlər üçün iftar tədbirinə ev sahibliyi edib.

İftar süfrəsində Şuşa rayon Malibəyli kənd məktəbində səfirlik tərəfindən dəstəklənən ingilis dili proqramında iştirak edən uşaqların ailələri iştirak edib.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi facebook səhifəsində məlumat yayıb.

Səfir Litzenberqer deyib ki, tolerantlıq il boyu vacibdir: "Lakin Ramazan ayı ərzində bu və digər dəyərləri öz həyatımıza və uşaqlarımızın həyatlarına necə daxil edəcəyimiz barədə düşünmək xüsusi əhəmiyyət kəsb edir."

ABŞ-da Ramazan ayı Tunisin ABŞ-dakı səfiri Sidi Süleyman Mellimellinin şərəfinə prezident Tomas Ceffersonun iftar naharından başlayaraq 200 ildən artıqdır ki, qeyd olunur. Hal-hazırda 3 milyondan çox amerikalı müsəlman Ramazanda bir araya gələrək sülh, xeyriyyəçilik və bağışlama kimi ümumi dəyərlərimiz barədə düşünür./amerikaninsesi.org/

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300