sitename

                Azərbaycanda bayram namazının vaxtı açıqlandı

 

Azərbaycanda bayram namazının vaxtı açıqlanıb.

 

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Ann.az-a verilən məlumata görə, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-i saat 08:00-da "Əjdərbəy" məscidində, saat 09:00-da isə "Təzə Pir" məscidində bayram namazı qılınacaq.

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bayram namazına qatılacaq.

 

Qazilər Şurasının verdiyi fətvada qeyd olunur ki, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək.

 

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 6-da başlayıb.

 

İyunun 5-i və 6-sı Azərbaycanda Ramazan bayramıdır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300