sitename

                AMİP-dən Fuad Abbasovla bağlı çağırış

 

"Rusiyada yaşayan və jurnalist fəaliyyəti ilə məşğul olan soydaşımız Fuad Abbasovun orada həbs olunması, qeyri-insani rəftara məruz qalması, ona edilən haqsızlıqlar AMİP olaraq bizi də ciddi narahat edir”. Bu fikirləri tanınmış jurnalist F.Abbasovun Moskvada həbs edilmsinə münasibət bildirərkən AMİP Siyasi Şurasının üzvü Əli Orucov səsləndirib.

Partiya funksioneri daha sonra bildirib: "F.Abbasov uzun illərdi ki, Moskvada Azərbaycanın haqq səsinin ucaldılmasında, əsil həqiqətlərin Rusiya ictimaiyyətinin diqqətinə çatdırılmasında, uydurma erməni təbliğatının qarşısnın alınmasında önəmli rol oynayıb. O, həmçinin Rusiyada yaşayan Azərbaycanlıların təşkilatlanmasında, bu ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməsində də xeyli işlər görüb. Bir müddət əvvəl erməni məkri və Rusiya xüsusi xidmət orqanlarının xeyr-duası ilə Moskvada iki dost və qardaş xalq olan çeçenlərlə azərbaycanlılar arasında süni qarşıdurmanın vaxtında qarşısının alınmasında da əməli fəaliyyəti olub. Görünür, Fuad bəyin bu kimi müsbət və gərəkli fəaliyyəti erməniləri və onların havadarlarını rahat buraxmayıb. Deportasiya etmək istəyirlərsə, bunu da normal qaydada etmək lazım idi. O, qatı cinayətkar, təhküəli əməlllərin sahibi deyil. Lakin Rusiya hüquq-mühafizə orqanları onunla qəddərcasına, alçaldıcı daxranması qətiyyən qəbul edilə bilməz və kəskin şəkildə pislənilməlidir”.

Ə.Orucov bəyan edib ki, ümumiyyətlə, F.Abbasovun simasında soydaşlarımızın Rusiyada istər istintaq orqanları, istər millətçi-şovinist qüvvələr tərəfindən təhqirə, təzyiqlərə, işgəncələrə, hər cür qeyri-insani rəftara məruz qoyulması, hətta, belə davranışların KİV-lərdə, sosial mediada nümayiş etdirilməsi ilk dəfə deyil: "Düşünürəm ki, istər Azərbaycanın müvafiq dövlət qurumları, istər xarici diasporamız, əlalxüsus da, Rusiyada fəaliyyət göstərən diaspora təşkilatları, istərsə də Moskvadakı səfirliyimiz Fuad Abbasovun istintaq komitəsi tərəfindən haqsızlığa və fiziki-mənəvi işgəncəyə məruz qoyulmasına dərhal müdaxilə etməli, məsələni ciddi nəzarətə götürməli, zorakılığı tətbiq edənlərin cəzalandırılmasına çalışmalıdır”

Əli Orucov həmçinin qeyd edib ki, ola bilsin bəzi qüvvələr Azərbaycan-Rusiya arasında münasibətləri zədələmək, iki xalq arasında nifaq toxumu səpmək üçün bu kimi xoşagəlməz üsullara əl atsınlar.

E.Seyidağa,
Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300