sitename

                Qənirə Paşayevanın rəfiqəsini bağırsaq xərçəngindən xilas edən şəxsdən AÇIQLAMA -Türkiyədəki həkimlər şoka salan metodun sirri

 

Bir müddət öncə saytımızda qeyri-adi müalicə metodları barədə məlumat verdiyimiz elmi lədun bilicisi, psixoloq, parapsixoloq Paşa Yaqub bu dəfə bağırsaq xərçəngindən əziyyət çəkən, ictimaiyyətdə kifayət qədər tanınmış bir xanımın müalicəsini üzərinə götürüb.

 

Bir neçə aydır Autizm Defektoloji və Psixoloji yardım mərkəzinin sədri, millət vəkili Qənirə Paşayevanın rəfiqəsi kimi tanınan Çiçək Qəzənfərqızının bağırsağında aşkar olunmuş bədxassəli şişi müalicə edərək metastaz verməsinin qarşısını alan Paşa Yaqub xərçəng xəstəliyində elmi-lədun metodunun effektiv olduğunu sübut etmək üzrədir.

 

Medicina.az xəbər verir ki, onkoloqların təcili əməliyyat və kimyaterapiya təyin etdiyi Çiçək Qəzənfərqızı dərin depressiya və ağrılar içində təsadüfən saytlarda müsahibəsini oxuduğu Paşa Yaqubu tapır.

 

TÜRKİYƏDƏ ONKOLOQLAR HEYRƏTLƏNDİ Kİ, NECƏ OLUB 4 AY ƏRZİNDƏ BU ŞİŞ BÖYÜMƏYİB?

 

Çiçək Qəzənfərqızı başına gələnləri belə xatırlayır:

 

"S-vari bağırsağımda adenomakarsinoma aşkarlandı. Onkoloqlar əməliyyat dedi, yoxsa şiş metastaz verəcəkdi. 25 dekabr 2018-ci ildə müayinə cavablarımı götürüb son çarə olaraq dr. Paşa Yaqubun yanına getdim. Həmin vaxt mənim bədənimdə, dəhşətli səpkilər yaranmışdı, ağrılar isə dayanmırdı.

Paşa həkim dərhal seanslara başladı. 2-3 seansa ağrılarım yoxa çıxdı. 4-5 sensdan sonra isə səpkilərim itdi. Halbuki ən güclü dəri həkimləri ağır dərmanlar yazmışdılar, xeyri olmamışdı.

 

Mən bunları gözümlə görüb,yaşadım. Paşa Yaqubun nəfəsi sanki alova bənzər enerji kimi bütün orqanizmimdə ağrı nöqtələrini yandırırdı.

Bir neçə seansdan sonra təkrar müayinəyə getdim, qan analizlərim yaxşı çıxdı, onkoloqlar bağırsağımdakı şişin 3 ay ərzində böyüyüb yayılmamasından heyrətləndilər. Paşa doktorun seansları sayəsində şiş çəkilib getmək üzrəydi.

 

İlk dəfə seansa gedəndə depressiyada idim, yuxusuzluq, iştahsızlıq, ağrılar... Dayanmadan ağlayırdım. Az müddətdə mən həyata qayıtdım, 6 kq çəkim artdı, depressiyam çəkildi.

 

Daha sonra yaxınlarımın təkidilə bir də Türkiyədə yoxlandım. Orada da onkoloqlar təəccübləndi ki, 4 ay ərzində necə olub ki, bu şiş metastaz verməyib, əksinə kiçilib.Onlara deyəndə ki, bunlara iynəsiz –dərmansız nail olmuşam, inanmırdılar.

 

Amma təəssüf ki, orda həkimlərin şişi əməliyyatla götürək, canınız qurtarsın sözünə razılaşdım. Əməliyyatdan sonra peşman oldum, 2-3 gün sonra sanki 4 ay əvvələ qayıtdım. Bütün ağrı, əziyyət və depressiyam qayıtdı.

 

Türkiyədən gələndən sonra yenidən Paşa həkimin yanına qaçdım. Bir neçə seansdan sonra özümə gəldim.

Onu da deyim ki, bu seanslardan sonra sinəmdəki düyünlər, baş ağrısı, əsəb pozuntum da itib. Allah mənə o qədər səbr, həyat eşqi verib ki, görənlər məəttəl qalır.

 

Adətən mədə-bağırsaqda olan şiş 3-4 ay ərzində sürətlə yayılır. Mən şiş aşkar edilən kimi seanslara gəldim. Əminəm ki, daha tez gəlsəydim, heç xərçəng olmayacaqdım. İndi heç bir kimya müalicəsi almıram, ancaq seanslara davam edirəm. Analiz və müayinələr isə yaxşıdır”.


 

Medicina.az xəstənin müalicə metodu barədə Paşa Yaqubdan açıqlama alıb.

 

Xərçəng xəstələrində elmi-lədun seanslarının necə tətbiq edilməsi, kimlərdə effekt verməsi, ümumiyyətlə onkoloji xəstəliklərin səbəbləri barədə parapsixoloqun geniş açıqlamasını təqdim edirik:


-Paşa doktor, Çiçək xanım sizin ilk onkoloji xəstəniz idi ki, belə uğurlu nəticə əldə olunub, yoxsa siz öncədən də xərçəng xəstələrini qəbul edirsiz. Hansı halda sizin metod xəstəyə kömək edir, hansı halda yox?

 

-Bundan öncə də xərçəng xəstəliyi ilə əlaqədar müraciət edənlər olub. Çoxu bir neçə dəfə əməliyyat olandan sonra gəlib. Elə pasiyentlərim olub ki, diaqnozunu bilməyib, yaxınları mənə bildirib.

 

Təbii ki, ilkin mərhələdə müraciət edəndə, daha yaxşı nəticə olur. Əməliyyat və kimyaya ehtiyac olmur.

Artıq orqanizmin enerji ehtiyatı tam dağılmış, şiş bütün vacib orqanlara yayılmış xəstələrdə bir qədər çətin olur. Amma onları da naümid qoymuruq.



-Bu pasiyentdə konkret olaraq bağırsaqda olan şişə nə etdiniz, nə ilə kiçiltdiniz?

 

-Xərçəng şişi (eləcə də digər şişlər, düyünlər) bayaq qeyd etdiyim kimi, neqativ enerjinin toplanmasından yaranır. Tibb elmi bu şişi cərrahi müdaxilə ilə kəsib götürsə də, həmin enerji orqanizmdə qaldığından, xəstələrdə bir müddətdən sonra yenidən yaranır. Bu, çayır bitkisinin gövdəsini kəsib atmağa bənzəyir. Neqativ enerji xərçəngin və digər şişlərin kökünü, özülünü təşkil etdiyindən, həmin kökdən yenidən şiş yaranır. Tibb elmi səbəbə qarşı deyil, nəticəyə qarşı mübarizə apardığından, uğursuz alınır və xərçəngi sağalmaz xəstəlik hesab edirlər. Mənim tətbiq etdiyim müalicə metodu isə, ilk növbədə xərçəngi yaradan neqativ enerjini orqanizmdən xaric etməyə yönəlib. Daha sonra həmin qara enerjinin yaratdığı şişi müalicə edirəm. Yəni, öncə səbəbi, sonra nəticəni aradan qaldırıram. Ona görə də mənim nəzərimdə xərçəng sağalan xəstəlikdir.

 

O ki qaldı necə təsir etməyimə, bu Efir enerjisi ilə baş verir. Müasir elm bu enerjinin mahiyyətini bilmir. Ona görə bilmir ki, hazırda orta və Ali məktəblərdə öyrədilən Elementlərin Dövri Sistemini saxtalaşdırılıbdır. Belə ki, Mendeleyev öləndən sonra cədvəldə olan sıfır qrupu ləğv edildi. Beləliklə, həmin qrupda olan yeganə element – "Nyutoniy” cədvəldən silindi. Bu saxtalaşdırma kimya və fizika elmlərinin inkişafının qarşısını aldığı kimi, tibb elminin də yarımçıqlığına səbəb oldu. Müasir tibb elmi yarımçıq olduğuna görə xərçəng və digər bir çox xəstəlikləri sağalmaz hesab edirlər. Əgər tibb unversitetlərində Mendeleyev cədvəli tələbələrə tam olaraq öyrədilsəydi, "Nyutoniy” elementinin və ondan yaranan Efir enerjisinin də sirlərini bilərdilər.


-Ola bilərmi ki, xəstənin özünün inamı onu sağaldıb?

 

-Bəli, burada əsas məsələ inamdır. Ancaq bir problem var ki, neqativ enerjinin təsirinə məruz qalan insanlarda adətən inam olmur. Bunun da müəyyən sirri var. Bu sirr də ondan ibarətdir ki, neqativ enerji öz xüsusiyyətlərinə görə kompyuterə düşən virusa bənzəyir. Virus komputerdən fayl və proqramları necə silirsə, bu qara enerji də insanın qəlbindən inam hissini elə silir. Bu cür adamlar demək olar ki, heç nəyə inanmırlar. Ancaq yaxınları onları mənim qəbuluma 2-3 seans gətirə biləndə onlarda ilk növbədə inam hissi bərpa olur. Ondan sonra onların gəlməsində və sağalmasında heç bir problem olmur.

 

 

Seans etdiyim pasiyentlərimə məsləhət görürəm ki,

gün ərzində 12 ədəd ərik çəyirdəyi də yesinlər.

 

 

-Ümumiyyətlə, onkoloji xəstələrə tövsiyyələriniz nədir, müalicədə səhvlər hansılardır. Şişə toxunmaq olarmı?

 

-- Ümumiyyətlə, şişi, düyünləri olan xəstələrə tövsiyyə edərdim ki, əməliyyata girməyə qərar veriblərsə, bu qərarı reallaşdırmazdan öncə o şişi yaradan neqativ enerjidən təmizlənsinlər. Çünki, enerji qaldıqca, xəstəliyin təkrar yaranma riski qalır. Bizim tətbiq etdiyimiz müalicə metodunda orqanizmin neqativ enerjidən təmizlənməsi cəmi 21 gün çəkir. Xəstə bu müddətdə səbr edib gözləsə, görəcək ki, onu narahat edən ağrılardan əsər əlamət qalmadı. Bundan sonra o, əməliyyat barədə verdiyi qərarı dəyişəcək və xeyirli variantı seçəcək.

 

Ata-babadan deyiblər ki, şişə bıçaq vurmazlar. Təcrübə göstərir ki, kəsilən şiş əksər hallarda yenidən yaranır...

Xərçəngdən qorunmaq üçün ilk növbədə neqativ enerjidən təmizlənmək lazımdır. Insan görəndə ki, diksinir, həyəcanlanır, yersiz əsəbiliyi, onurğada, həzm sistemində, analıq orqanlarında ağrıları var, deməli, bu enerjiyə yüklənib. Nə qədər ki, şişə çevrilməyib, neqativ enerjidən xilas olmalıdır. Belə etsə heç vaxt xərçəngə tutulmaz.

 

Seans etdiyim pasiyentlərimə məsləhət görürəm ki, gün ərzində 12 ədəd ərik şərdəyi də yesinlər. Ancaq seans olunmayan adama bunun heç bir faydası yoxdur.

 

-Çiçək xanımın hekayəsindən sonra Azərbaycanda çox sayda xərçəng xəstəsi var ki, onlar bunu oxuyub, müalicədən imtina edib sizə müraciət etmək fikrinə düşə bilər. Bu da böyük ajiotaj yarada bilər. Siz isə təksiz, bu qədər xəstəni qəbul etməyə sizing gücünüz yetərmi?

 

- (Gülür) Siz elə bilirsiz ki, bu müsahibəni oxuyan kimi, bütün onkoloji xəstələr Paşa doktoru axtaracaq? Xeyr, əsla elə deyil.

 

Sizə bir misal çəkim, yuxarıda bəhs etdiyimiz Çiçək xanımla eyni vaxtda onun rəfiqəsinə də xərçəng diaqnozu qoyulmuşdu. Hər ikisi şiddətli ağrılardan günlərlə yata bilmirdilər. Nəhayət, Çiçək xanım mənə müraciət etdi və iki seansdan sonra ağrılardan qurtuldu. Dedi, gələn dəfə seansa gələndə rəfiqəmi də gətirəcəm, qoy o da qurtulsun. Dedim inanmıram ki, o gəlsin. Hər dəfə seansa gələndə Çiçək xanım heyrətlənirdi ki, rəfiqəmə yalvarıram gəl mənimlə gedək, iki ayağın bir başmağa dirəyib, gəlmir...

 

Aradan heç iki ay keçmədi ki, həmin gəlməyən qadın dünyasını dəyişdi. Onun əcəli tamam idi, ona görə də gətirmək mümkün olmadı. Həm də bilməlisiniz ki, neqativ enerji tək xərçəngi yaratmaqla kifayətlənmir; bu enerji həm də insanın üzünə bütün xeyir qapılarını bağlayır. Beləliklə, insan həmişə variantlardan ən ziyanlısın, çətinin seçir. Gündə onlarla xəstə mənə zəng edir ki, sabah gələcəm qəbulunuza. Ancaq onlardan 4-5 nəfəri güclə gəlir. Eyni xəstə ardıcıl zəng edəndə ki, keçən dəfə gələ bilmədim, sabah gələcəm, deyirəm səhvin var, sabah da gələ bilməyəcəksən.

 

Gəlmək üçün yaxşı olar ki, qurban kəsib, yetimlərə paylayasan. Belə etsən Allah yol açar. Bu ölkədə Allah rizasına yetim qəlbi sevindirən 3-5 adam olar ki, mənim də qəbuluma elə bu sayda adam gələcək və düşdüyü dərddən asanlıqla qurtulacaq. Odur ki, üstümə axın olacağından, qətiyyən narahat olmayın. Nə vaxt insanları yetim qəlbi sevindirməyə axışan görsəniz, mənim də qəbuluma axışan görəcəksiniz...

 

 

AYGÜN MUSAYEVA

Medicina.az

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300