sitename

 

      Fələstin səfiri: "Müsəlman dünyası BMT qətnamələrinin bərabər şəkildə icrası üçün çağırış edir"

 

"Müsəlman ümməsi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən həllini dəstəkləyir və bu məsələdə Azərbaycanın yanındadır, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi bütün qətnamələrin seçmə üsulu ilə yox, bərabər şəkildə icrası üçün çağırış edir".

 

"Report"un məlumatına görə, bunu Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim Əbdül Rəhim mayın 17-də Prezident İlham Əliyev tərəfindən müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərinin qəbulu zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanın sülhün, inklüzivliyin və hörmətin üstünlük təşkil etdiyi, müxtəlif dinlərin nümayəndələrinin bir-biri ilə harmoniya içində yaşayıb-çalışması ilə İslamın həqiqi ruhunu nümayiş etdirən parlaq ulduzlardan biri olması danılmazdır: "Bunu müşahidə etmək zövq verir. Beləliklə, dünyanın müxtəlif guşələrindən olan qonaqlar çox müsbət təəssüratlarla öz evlərinə qayıdır, Azərbaycan və İslam haqqında məlumatlar onların yaddaşına həkk olunur".

"Bu müqəddəs ayda biz bütün işğal olunmuş müsəlman ərazilərinin və müqəddəs yerlərin öz həqiqi sahiblərinə qayıdacağı, ümməmizin İslamın adına ləkə gətirən pis, bədxah və cahil qüvvələri məğlub edəcəyi və bununla da bəzi ölkələrimiz üzərində olan qara buludların çəkiləcəyi, habelə qardaş ölkələrimiz arasında birlik və harmoniyanı bərqərar etmək üçün fikir ayrılıqlarının aradan qaldırılacağı günün yaxınlaşmasını arzu edirik. Bu da bizə innovasiya və tərəqqidə bəşər sivilizasiyasına mühüm töhfə verən tərəf kimi öz həqiqi yerimizi tutmağa imkan verəcəkdir", - deyə səfir qeyd edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300