sitename

                Azərbaycan silahları Belarusda keçirilən sərgidə nümayiş etdiriləcək

 

Belarus Dövlət Hərbi Sənaye Komitəsinin təşkilatçılığı ilə mayın 15-də Minsk şəhərində "MILEX-2019” IX beynəlxalq silah və hərbi texnika sərgisi açılacaq.

Müdafiə Sənayəsi Nazirliyindən "Report"a verilən məlumata görə, 4 gün davam edəcək sərgi çərçivəsində VIII Müdafiə və Təhlükəsizlik Sahəsində Hərbi-Texniki Əməkdaşlıq Sualları üzrə Beynəlxalq Elmi Konfrasın keçirilməsi də planlaşdırılır.

Tədbirdə Müdafiə Sənayesi Nazirliyi də təmsil olunacaq.

2001-ci ildən etibarən iki ildən bir keçirilən "MILEX” sərgisinə Müdafiə Sənayesi Nazirliyi bu günə qədər rəsmi heyətlə qatılıb. İştirakçı sayına və infrastrukturuna görə Şərqi Avropanın böyük sərgilərindən biri hesab olunan bu sərgidə nazirlik ilk dəfə stendlə təmsil olunacaq və məhsullarını mümayiş etdirəcək. Bununla bağlı müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Minskdə səfərdə olacaq.

Hərbi təyinatlı məhsulların istehsalında daxili tələbatın qarşılanması ilə yanaşı, ixrac imkanlarının genişləndirilməsini də nəzərə alan Müdafiə Sənayesi Nazirliyi "MILEX-2019” sərgisində də əsasən ixrac yönümlü məhsullarını nümayiş etdirəcək. Bu məhsullardan snayper tüfənglərini, avtomatları, hücum pulemyotlarını, qumbaraatanları, minaatanları, müxtəlif çaplı döyüş sursatlarını və s. göstərmək olar.

Əməkdaşlıq əlaqələrinin genişləndirilməsində böyük fürsətlər yaradacaq bu platformada - "MILEX-2019” sərgisində müvafiq qurumlarla hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparılacaq.

Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin Belarusun dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkət nümayəndələri ilə görüşləri də nəzərdə tutulur.

Qeyq edək ki, Müdafiə Sənayesi Nazirliyi bu günə qədər 40-dan çox beynəlxalq sərgiyə qatılıb və məhsullarını nümayiş etdirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300