sitename

         Agentlikdən AMEA Dilçilik İnstitutundakl "plagiat” qalmaqalına MÜNASİBƏT

 

AMEA Nəsimi adına Dilçilik İnstitutu əməkdaşları arasında yaşanan plagiat qalmaqalına aydınlıq gətirilməsi üçün Əqli Mülkiyyət Agentliyinə sorğu ilə müraciət etmişdik.

Agentlikdən aldığımız cavabı təqdim edirik:

Əqli Mülkiyyət Agentliyinin elektron poçtuna ünvanladığınız 6 may 2019-cu il tarixli müraciətinizə baxılmışdır.

Müraciətinizlə bağlı aşağıdakıları bildiririk:

1. Müəllif-hüquq qanunvericiliyinə əsasən, lüğətlər və digər tərtib edilən əsərlər toplu (tərtibat) kateqoriyasına aid edilir. "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun (bundan sonra- "Qanun”) 10-cu maddəsinə əsasən tərtib edilmiş əsərlərin tərtibatçı-müəllifləri yaradıcılıq əməyinin nəticəsi olan, materialların seçilməsinə və ya düzümünə görə müəlliflik hüququna malikdirlər. Tərtibatçı topluya daxil edilmiş hər bir əsərin müəllifinin hüquqlarına riayət etməklə həmin topluya müəllif hüququna malikdir. Bu halda mütləq şəkildə istifadə olunmuş lüğətlərin və digər əsərlərin müəlliflərinin adları göstərilməlidir.

2. "İzahlı dilçilik terminləri lüğəti”nin Agentlikdə qeydiyyatdan keçirilməsi ilə bağlı bildiririk ki, lüğətin tərtibatçı müəlliflərindən biri olan Sayalı Sadıqova Agentliyə ərizə ilə müraciət edərək, "İzahlı dilçilik terminləri lüğəti”nin qeydiyyatdan keçirilməsini xahiş etmiş və ərizəsində təminat vermişdir ki, "əsər yaradılarkən digər şəxslərin müəllif hüquqları pozulmamışdır. Ərizədə göstərilən məlumatlar düzgündür və depozitə götürülən materiallara uyğundur.”.

Qeydiyyat qaydalarına uyğun olaraq, "İzahlı dilçilik terminləri lüğəti” tərtibat əsəri (lüğət) kimi qeydiyyatdan keçirilmişdir.

Müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı bildiririk ki, Agentlik tərəfindən heç bir lüğətin, o cümlədən "İzahlı dilçilik terminləri lüğəti”nin plagiat olub-olmamsı ilə bağlı heç bir açıqlama verilməmiş və həmin lüğətin plagiat sayılmadığı haqqında kitabın şərik müəlliflərindən biri olan S. Sadıqovaya sənəd verilməmişdir.

Tərtib olunmuş əsərlərdə hüquq pozuntusu, o cümlədən plagiat istisna deyil. Müəlliflik hüququnun pozulması o zaman yaranır ki, əgər digər şəxs tərtib olunmuş əsərdə verilən müəlliflik hüququ əlamətlərini, o cümlədən tərtibat əsərinə daxil olan elementlərin və ya bu materialların düzümünü və ardıcıllığını təkrarlayır.

Bununla yanaşı müəllif hüququnun pozulması o zaman əmələ gələr ki, tərtibat əsərinə daxil olan müəlliflərin hüquqlarına riayət edilmir. Yəni istifadə edilən mənbəyə istinad müəllif-hüquq qanunvericiliyi baxımından həyata keçirilmir.

3. Onu da qeyd edirik ki, "İzahlı dilçilik terminləri lüğəti”ndə plagiat faktının olması barədə Agentliyə yazılı müraciət olduğu təqdirdə Agentlik tərəfindən müvafiq qaydada araşdırma aparılır və Agentliyin səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görülür.

Bu məqsədlə ərizəçidən əsərin və plagiat ehtimal edilən əsərin nüsxələrinin Agentliyə təqdim olunması istənilir. Agentlikdə onların müqayisəli ekspertizası keçirilir və nəticə etibarı ilə plagiat elementlərinin aşkar olub-olmaması barədə hazırlanmış rəy hüquq sahibinə təqdim edilir.

Moderator.az

 

  

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300