sitename

        Krım tatarlarından dünya liderlərinə çağırış: "Rusiyanın parçalanmasından qorxmayın”

 

Krım tatarlarının liderləri dünyanın aparıcı dövlətlərinin başçılarına müraciət ünvanlayıblar.

Yenicag.ru-nun əldə etdiyi və ABŞ prezidenti Donald Tramp, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Britaniyanın baş naziri Tereza Mey, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron, Yaponiya baş naziri Sindzo Abe və Finlandiya prezidenti Sauli Niinistyöyə ünvanlanan müraciəti mühacirətdəki müstəqil Tatarıstan hökumətinin baş naziri Vil Mirzayanov (ABŞ), baş nazirin müavini Rafis Kaşapov (Böyük Britaniya), baş nazirin müavini Yafis Kaşapov (Polşa), alim-ədib Roza Qurban (Türkiyə) və "Azad İdel-Ural” Hərəkatının lideri Kamil Sukayev (ABŞ) imzalayıblar.

Müəlliflər imzaladıqları müraciətin girişində Rusiyada hökm sürən totalitar rejimin dünyanı ciddi surətdə narahat etdiyini və adıçəkilən ölkənin dünya müstəmləkəçiliyinin sonuncu metropoliyası olduğunu diqqətə çatdırıblar:

"Rusiyanın əsarətində olan bütün xalqlara qarşı sərt assimilyasiya siyasəti həyata keçirilməkdədir və bunun nəticəsində "rusiyalı” adı altında müti kütlənin formalaşdırılmasına cəhd göstərilir. Putin Rusiyası qəbul olunmuş destruktiv qanunvericilik əsasında etnosid siyasəti yürüdür.

Rus Pravoslav Kilsəsi (RPK) də bu prosesdə fəal rol oynayaraq, özünü Federal Təhlükəsizlik Xidmətinin (FTX) əlaltısı kimi aparır. RPK digər dinləri təqib edərək, onların nümayəndələrini milli kökü olmayan "pravoslav rus”lara çevirməyə çalışır. Aparılan bu siyasət nəticəsində Rusiyanın 13 yerli xalqı artıq yer üzündən silinib. Putin hakimiyyətinin ilk onilliyində Tatarıstanda 690 tatar məktəb və liseyi ləğv edilib. Son illərdə isə bununla bağlı statistika məxfi saxlanılır”.

Müraciətdə qeyd olunur ki, Rusiyadakı muxtariyyatların real suverenliyinə nail olunması üçün təşkilatlanma prosesi gedir:

"2018-ci il martın 21-də Ukraynada "Azad İdel-Ural” Hərəkatı yaradılıb. Hərəkatın məqsədi Tatarıstan, Başqırdıstan, Çuvaşiya, Udmurtiya, Mari El və Mordoviyanın real suverenliyinə nail olmaqdır. Hazırda İdel-Uralda Türk və Fin-uqor ailələrinə məxsus 7 titul millətin təmsilçiləri yaşayırlar. Onların ümumi sayı 12 milyon civarındadır.

Dünyanın aparıcı dövlətlərinin rəhbərləri kimi sizlərə müraciət edərək, diqqətinizi ABŞ-ın 34-cü prezidenti Duayt Eyzenhauerin imzaladığı 17 iyul 1959-cu ildə qəbul edilmiş "Əsir edilmiş xalqlar haqqında” qanuna yönəltmək istəyirik. Həmin qanun bu gün də İdel-Ural, Sibir və Qafqaz xalqları üçün çox mühüm sənəddir. Beynəlxalq birliyin o qanunu diqqətə götürməsi Kremlin aqressiv siyasətinə təsir edə və əsir xalqları müstəmləkəçilik siyasətinin ağır aqibətindən qoruya bilər.

Dünya ictimaiyyətinin dəstəyi qeyd olunan xalqların müstəqillik yoluna çıxmalarına və öz müqəddəratlarını təyin etməyə mühüm təkan verər. Rusiyanın parçalanmasının dünya üçün fəlakət doğura biləcəyi məqsədli şəkildə iddia olunsa da, əslində, həmin nəticə dünyada demokratiya, sabitlik və ümumbəşəri dəyərlərin inkişafına yol açacaq”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300