sitename

 

                         Həyanın təsirləri (Quran və hədislərdə)

 

Həyanın təsirləri (Quran və hədislərdə)

 

Mərhəmətli, rəhmli Allahın adı ilə! İnsani keyfiyyətlərdən sayılan və dini

ədəbiyyatda xüsusi yer alan sifətlərdən biri də həyadır. Həya insan həyatının

necəliyində təsirlidir. Cəmiyyətin istiqamətlənməsində və formalaşmasında önəmli

rol oynayır. Həya dini ədəbiyyatda təqva, ismət, iffət və digər əxlaqi keyfiyyətlərlə

sıx əlaqəlidir. Həm fərdi, həm də cəmiyyət arasında həyaya riayət etmək fərdin və

cəmiyyətin qorunmasınına gətirib çıxarar.

Həya mənşəyinə görə ərəb sözüdür, lüğətdə və termin olaraq abır, ar, ismət,

namus və utanma hissi mənasındadır. (Azərbaycan dilinin izahlı lüğəti, 4-cü cild,

səh: 379). Həyalı olmaq yəni iffətli olmaq və utanmaq anlamındadır. Bəzi müasir

tədqiqatçılar düşünürlər ki, həya sözü "həyat” sözündən mənşələnib və həyat

"həyalı yaşamaq” deməkdir. (Fərhənge bozorge soxən, Ənvəri Həsən, 3-cü cild,

səh: 2604). Mustəfəvi "Təfsiri roşən” kitabında yazır: الحیاء انقباض النفس عن القبائح و

ترکه لذالک Həya insanın özünü pisliklətdən (ayıblardan) qoruması və onları tərk

etmək deməkdir. (3-cü cild, səh: 10). Məclisi "Biharul-ənvar” kitabında yazır:الحیاء

تغیّر و انکسار یعتری الانسان من تخوف ما یعاب به و یذم Insanın ar hesab etdiyi və ya

danlaqdan və məzəmmətdən qorxduğu üçün bir əməli dəyişməsi həya deməkdir.

(71-ci cild, səh: 329). Əxlaq alimlərinin fikirincə həya həya insanın utanmağı

deməkdir. Bu da bəyənilməyən işlərdən çəkinməyinə zəmin yaradır. Həya əxlaq

elmində iffətin on iki qismlərindən biridir və insan camaatdan utanaraq pis işlərdən

çəkinir. İrfan elmində həya Allah qorxusundan deyil, Ona məhəbbətdən

qaynaqlanır. Həya Irfan elmində ilk xüsusi mərhələlərdəndir. Məhəbbətə söykənən

təzimdir. Bəndə Allahın əzəmətini anlamaz və onu sevməzsə Onun hüzurunda

etdikləri pis əməllərə görə də həya etməyəcəkdir. Deməli, həya insan özünü

Allahın əzəmətli hüzurunda müşahidə etdiyi vaxtda əmələ gəlir. Bu tərif, həyanın

ali mərtəbələrini izah edir. Belə bir nətica alırıq ki, həya o vaxt əmələ gəlir və insan

o vaxt həyalı olur ki, başqalarının hüzurunu dərk edir. Bu hüzur qeyri-cismi

nəzarət də ola bilər. Əlbəttə insan nəzarət edən şəxsi əzəmətli və möhtərəm hesab

etməzsə başqasının nəzarəti insanı həyalı edə bilməz.

Həya ilə iffətin bağlılığı

İffət lüğətdə "çəkinmək” mənasındadır. Nəfsə qələbə çalmaq, qarınqululuqdan və

şəhvətpərəstlikdən çəkinmək anlamına gəlir. العفة حصول حالة للنفس تمتنع بها عن غلبة الشهوات

Günahlardan çəkinmək, başqalarından bir şey istəmək üçün onlara əl uzadmaqdan

çəkinmək, iqtisadi məsələlərdə qənaət edib öz izzətini qorumaq və cinsi qərizələrdə

həya və qeyrət edib müxtəlif cinsi inhiraflardan çəkinmək və sair mənalarda

işlənir. İffətin lüğətdə və hədislərdə hansı mənada işləndiyini nəzərə alsaq həya və

iffətin bir-birinə nə qədər yaxın olduğunu görərik. Beləliklə, həyalı şəxs həm də

iffətlidir və iffətli şəxs həm də həyalıdır. Həya və iffət təqribən bir mənada

işlkənmişdir.

Həya Quran ayələrində:

 


 

Qurani-kərimdə həya kəlməsi açıq-aşkar işlənmişdir:

 

إِنَّ اللَّهَ لا يَسْتَحْيي‏ أَنْ يَضْرِبَ مَثَلاً ما بَعُوضَةً فَما فَوْقَها…

Əlbətdə, Allah (Quranda) ağcaqanadı və ya ondan daha böyüyünü misal

gətirməkdən çəkinməz… (Bəqərə surəsi, 26-cı ayə) Bu ayə inadkar düşmənlərinə

görə nazil oldu. Onlar Allahın misallarını məsxərə edirdilər. Allah taala buyurur ki,

önəmli məsələləri anlatmaq üçün kiçik misal çəkməkdən çəkinməyəcək və onların

istehzası Allaha heç bir təsir etməyəcək. Allah taala başqa ayədə həzrət

Peyğəmbərin (s) səhabələrinə buyurur:

يا أَيُّهَا الَّذينَ آمَنُوا لا تَدْخُلُوا بُيُوتَ النَّبِيِّ إِلاَّ أَنْ يُؤْذَنَ لَكُمْ إِلى‏ طَعامٍ غَيْرَ ناظِرينَ إِناهُ وَ لكِنْ إِذا دُعيتُمْ فَادْخُلُوا

فَإِذا طَعِمْتُمْ فَانْتَشِرُوا وَ لا مُسْتَأْنِسينَ لِحَديثٍ إِنَّ ذلِكُمْ كانَ يُؤْذِي النَّبِيَّ فَيَسْتَحْيي‏ مِنْكُمْ وَ اللَّهُ لا يَسْتَحْيي‏ مِنَ

الْحَقِّ…

Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə yeməyə icazə verilmədən (yeməyə

dəvət olunmadan) girib onun bişməsini gözləməyin. Lakin dəvət olunduqda gedin

və (yeməyinizi) yedikdən sonra (orada bir-birinizlə) söhbətə qapılmayıb dağılın.

Bu (sizin çox oturmağınız), Peyğəmbərə əziyyət verir, amma o sizdən (bunu sizə

deməkdən) utanırdı. Lakin Allah doğru sözdən çəkinməz… (Əhzab surəsi, 53-cü

ayə).

Başqa ayədə həya xislətini əməli şəkildə izah edir:

فَجاءَتْهُ إِحْداهُما تَمْشي‏ عَلَى اسْتِحْياءٍ قالَتْ إِنَّ أَبي‏ يَدْعُوكَ لِيَجْزِيَكَ أَجْرَ ما سَقَيْتَ لَنا فَلَمَّا جاءَهُ وَ قَصَّ عَلَيْهِ

الْقَصَصَ قالَ لا تَخَفْ نَجَوْتَ مِنَ الْقَوْمِ الظَّالِمين‏

Sonra (o iki qadından, qızdan) biri utana-utana (Musanın) yanına gəlib dedi:

"Atam qoyunlarımızı sulamağının haqqını verməkdən ötrü səni çağırır!” (Musa

gördüyü işin müqabilində heç bir muzd, mükafat almamaq üçün ürəyində and içdi).

(Musa qocanın) yanına gəldikdə başına gələnləri (Fironla olan əhvalatı) ona

söylədi. O kişi (Şüeyb peyğəmbər) dedi: "Qorxma, artıq zalım tayfanın əlindən

qurtarmısan!”

(Qəsəs surəsi, 25-ci ayə)

Bu ayə zəmanınin qızlarına öyrədir ki, iffətli və təqvalı olmaq istəyirsinizsə təkcə

islam hicabına riayət etməklə kifayətlənməməlisiniz, yol gedərkən, söhbət edərkən,

baxarkən və s. diqqətli olmalısınız. Şüeyb peyğəmbərin qızları məhz yol gedərkən

deyil, həmdə atalarının buyurduqlarını Musaya (ə) çatdırarkən xülasə danışdılar,

məhz atalarının dediklərini dedilər və artıq danışmadılar.

Yusuf surəsində həzrət Yusufun (ə) Züleyxanın dəvətindən imtina etməsinin

səbəbini belə açıqlayır:

وَ لَقَدْ هَمَّتْ بِهِ وَ هَمَّ بِها لَوْ لا أَنْ رَأى‏ بُرْهانَ رَبِّهِ كَذلِكَ لِنَصْرِفَ عَنْهُ السُّوءَ وَ الْفَحْشاءَ إِنَّهُ مِنْ عِبادِنَا

الْمُخْلَصينَ

Doğrudan da (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını)

görməsəydi, (Yusif də) ona meyl edərdi. Biz pisliyi və biabırçılığı ondan

sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir!

(Yusuf surəsi, 24-cü ayə) Bu ayədə "Rəbbin dəlili” günahdan çəkinmək üçün ən

 

yaxşı amil hesab olunub. İmam Səccad (ə) "Rəbbin dəlili”-nin təfisirində buyurur

ki, Misr əzizinin arvadı (Züleyxa) bütə tərəf getdi və bütün üzərinə bir parka sərdi.

Yusuf soruşdu: niyə bu işi etdin? Bütlərin bizi görməyindən utanıram! Yusuf ona

dedi: Sən görməyən, eşitməyən, anlamayan, yeyib-içməyən daşdan utanırsan, mən

bəşəri yaradan və insanlara elm öyrədən Allahdan utanmayımmı?! Züleyxa bir

bütdən utandı, həzrət Yusuf Allahdan.

Həmçinin Allah taala "Ələq” surəsində buyurur:أَلَمْ يَعْلَمْ بِأَنَّ اللَّهَ يَرى‏ Məgər bilmir ki,

Allah (onun bütün əməllərini) görür?! (Ələq surəsi, 14-cü ayə). Bu ayələrdə həya

və ya iffət sözü işlənməyib. Amma məna etibarı ilə həyaya dəlalət edir. Diqqəti

Allahın nəzarətinə çəkmək həya doğurur. Bu ayə insanları Allahdan qorxmağa

deyil, Allahdan utanmağa-həyaya dəvət edir. Bu ayədən də göründüyü kimi,

həyanın islami tərbiyəetmə sistemində nə qədər önəmli və təsirli olduğunu

öyrəndik.

Həya rəvayətlərdə:

Həya batini sifətdir. İnsan batinində imanla birlikdə yaranır. Məsumlar öz

tövsiyələrində imanla birlikdə həyaya daha çox təkid etmiş, çox tapşırmışlar. Bəzi

rəvayətlərdə həya müsəlmanlığın əsas sütunlarından hesab olunub. İmam Baqir (ə)

buyurub: الْحَيَاءُ وَ الْإِيمَانُ‏ مَقْرُونَانِ فِي قَرَنٍ، فَإِذَا ذَهَبَ أَحَدُهُمَا تَبِعَهُ صَاحِبُه‏ Həya və iman bir-

birinə birləşikdir, onlardan biri gedərsə o biri də onun ardınca gedər. Həzrət

Peyğəmbər (s) buyurur: الحياء هو الدّين‏ كلّه‏ "Həya dinin hamısıdır”.

İmam Əli (ə) buyurub: "İnsanın həyasının çoxluğu imanının əlamətidir” كَثْرَةُ حَيَاءِ الرَّجُلِ‏ دَلِيلُ إِيمَانِه‏

İmam Həsən (ə) buyurub: لَا حَيَاءَ لِمَنْ لَا إِيمَانَ لَه‏ "Dini olmayanın həyası da yoxdur”.

İmam Sadiq (ə) buyurub: لَا إِيمَانَ لِمَنْ لَا حَيَاءَ لَه‏ "Həyası olmayanın dini də yoxdur”.

Hədislərdə əqli (ağıl) də həyaya bağlı hesab ediblər. Bu üzdən həya insane məxsus

sifətlərdəndir, çünki, məhz insan ağıllı məxluqdur və heyvanlarda insanda olduğu

kimi əql və həya yoxdur. İmam Əlidən (ə) nəql olan hədisdə belə buyurulur:

هَبَطَ جَبْرَئِيلُ عَلَى آدَمَ ع فَقَالَ يَا آدَمُ إِنِّي أُمِرْتُ أَنْ أُخَيِّرَكَ وَاحِدَةً مِنْ ثَلَاثٍ فَاخْتَرْهَا وَ دَعِ اثْنَتَيْنِ فَقَالَ لَهُ آدَمُ يَا

جَبْرَئِيلُ وَ مَا الثَّلَاثُ فَقَالَ الْعَقْلُ وَ الْحَيَاءُ وَ الدِّينُ فَقَالَ آدَمُ إِنِّي قَدِ اخْتَرْتُ الْعَقْلَ فَقَالَ جَبْرَئِيلُ لِلْحَيَاءِ وَ الدِّينِ

انْصَرِفَا وَ دَعَاهُ-فَقَالا يَا جَبْرَئِيلُ إِنَّا أُمِرْنَا أَنْ نَكُونَ مَعَ الْعَقْلِ حَيْثُ كَانَ قَالَ فَشَأْنَكُمَا وَ عَرَج‏

Cəbrayıl (ə) həzrət Adəmə (ə) nazil olub dedi: Ey Adəm mən üç şeydən birini sənə

verməyə məmur olmuşam. Ixtiyar sahibisən, birini seç. Adəm soruşdu: ey

Cəbrayıl! O üç şey nədir? Əql, həya və din. Əqli seçirəm-Adəm dedi. Cəbrayıl

həya və dinə dedi: siz qayıdın və əql qalsın. Həya və din Cəbrailə dedilər: bizə

əqllə qalmaq əmr olunub! Əql harda olsa biz də onunlayıq. Cəbrayıl ”özünüz

bilərsiniz”-deyib yuxarı qalxdı. İmam Əli (ə) buyurur: اعقل الناس احیاهم Camaatın ən

ağıllısı onların ən həyalısıdır. Həya barədə olan hədislərin bəzisi qadınların iffəti

ilə əlaqədardır. Bu hədislər həyanı kişidən çox qadına məxsus hesab edir. Hz.

Peyğəmbər buyurub:

 

الْحَيَاءُ عَشَرَةُ أَجْزَاءٍ تِسْعَةٌ فِي النِّسَاءِ وَ وَاحِدَةٌ فِي الرِّجَال‏

 

 Həya on qismdir, döqquzu qadınlarda bir qismi isə kişilərdədir. İmam Əli (ə)

buyurur: الْحَيَاءُ سَبَبٌ‏ إِلَى كُلِّ جَمِيل‏ Həya bütün yaxşılıqlara və gözəlliklərə çatmağın

vasitəsidir. Həya insanın zinətidir (bəzəyidir). Rəvayətlərdə izah olunub ki, insanda

həya olmazsa, abır olmazsa hər işi caiz bilər, nə istəsə edər, Hz. Peyğəmbər

buyurur:

 

آخر ما أدرك الناس من كلام النبوّة الأولى إذا لم تستحى فاصنع‏ ما شئت‏

 

"İlk Peyğəmbərdən sonuncu söz bu idi ki, utanmırsansa nə istəyirsən et”

İnsan fitrətən eyblərdən və qüsurlardan qaçıb qurtarmağa çalışan varlıqdır.

Eyblərinin görünməsindən utanar, xəcalıt çəkər və narahat olar. Məhz bu

keyfiyyətlə insan heyvandan seçilir.

"Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı (onları aldadaraq uca yerlərdən,

yüksək mərtəbələrdən aşağı endirdi). (Adəm və Həvva) ağacın meyvəsindən

daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının)

yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar…” (Əraf surəsi,

22-ci ayə). Bu ayədən də məlum olduğu kimi, ayıbı örtmək, utanmaq və həya fitri

keyfiyyətdir. Bundan əlavə, insan fitrətən gözəlliklərə tərəf meyillidir. Fitrətən

xeyiri, fəziləti, yaxşılıqları və gözəllikləri sevir və onları özündə toplamağa çalışarş

həya da o gözəlliklərdən biridir.

Həyanın növləri:

Bir bölümə əsasən həyanə beş qismə bölmək olar:

1.Allahdan həya etmək: Bütün hallarda Allahı nəzərə alıb Onun əmelərinə

itaətsizlikdən çəkinmək anlamına gəlir. Peyğəmbər (s) buyurub: Allahdan layiqli

şəkildə utanın (həya edin). O həzrətə dedilər ki, kim Allahdan layiqli həya edir?

Buyurdu: Allahdan həqiqətən həya edən şəxs öz əcəlini gözlərinin önünə gətirər,

dünyaya və onun aldadıcı zahirinə arxa çevirər, başını və düşüncələrini qoruyar,

qəbiri və qəbirdə çürüməyi əsla unutmaz.

2. Başqalarından həya etmək: İnsanlardan utanmaq, onlara hörmət etmək,

danışıqda və davranışda yüngüllükdən və nalayiq davranışlardan çəkinmək.

3. Özündən həya etmək: İnsan özünə də hörmət etməlidir. ədəbli olmalı və

vüqarını qorumalıdır. İmam Əli (ə) buyurub: Ən yaxşı həya sənin özündən

utanmağındır.

4. Peyğmbğrdğn və imamdan həya etmək: Dini ədəbiyyata görə Allah ümmətin

əməllərini Peyğəmbər və məsum imamlara göstərir. "De: "(Ey insanlar, ey

tövbəkarlar! İstədiyinizi) edin. Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi

görəcəklər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə

nə etdiklərinizi xəbər verəcəkdir!” (Tövbə surəsi, 105-ci ayə). İmam Sadiq (ə) bu

ayənin təfsirində buyurur: Camaatın bütün əməlləri hər gün Peyğəmbərə göstərilir,

ehtiyatlı olun!

5. Mələklərdən həya etmək: Qurani-kərim buyurur: "Dediyi hər sözü (yazmaq

üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!” (Qaf surəsi, 18-ci

 ayə). Hz. Peyğımbır (s) Əbuzərə tövsiyə edərkən: Ey Əbuzər! Allahdan utan,

Allaha and olsun ki, (təbii ehtiyacları rəf etmək üçün) ayaqyoluna gedərkən

mələklərdən utanıram və üzümü paltarımla örtürəm.

Nəfsani həya və imani həya:

Curcani "Tərifat” kitabında yazır: "Həya iki cürdür; Nəfsani həya: Bu həyanı Allah

hər kəsdə yaradıb. Ayıbının görünməsindən həya etmək mənasındadır. İmani həya:

Bu həya möminərdə olur. Mömin Allahın qorxusundan günahdan çəkinir”. İmanlı

şəxslər Allahı həmişə hazır və nazir gördüyü üçün daima Allaha ehtiram edir.

İmani həya əsasən Allahın hazır olması və Onun nəzarətindən doğur.

Əməllərdə həya:

Abır-həya həm insanın dilində həm də davranışını ehtiva etməlidir.

-Baxarkən həya: "(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş

şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan)

qorusunlar (və ya örtülü saxlasınlar)… Mömin qadınlara de ki, gözlərini haram

buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini

(zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz)

istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s.

naməhrəmə) göstərməsinlər… (Nur surəsi, 30-31-ci ayə).

-Yol gedərkən həya: Qurani-kərim qadınlardan tələb edir ki, yol gedərkən də

həyaya riayət etməlidirlər: Mömin qadınlara de ki, …gizlətdikləri bəzək şeylərini

(xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar… (Nur

surəsi, 31-ci ayə). Həkim Loğmanın oğluna etdiyi tövsiyələrdən: "Adamlardan

təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah

heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!” (Loğman surəsi, 18-ci ayə).

Həmçinin həya tələb edir ki, övlad yol gedərkən ana və atasından irəli keçməsin.

-Danışarkən həya: Qurani-kərim Peyğəmbərin zövcələrindən istəyir ki, ehtiyatlı

olsunlar, danışarkən yumşaq və əzilə-əzilə danışmasınlar: "Siz ey Peyğəmbərin

zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi

deyilsiniz. (Sizin qədir-qiymətiniz, məqamınız daha yüksəkdir. Allahdan

qorxsanız, daha şərəfli olarsınız). Buna görə də (yad kişilərə) yumşaq (əzilə-əzilə)

danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha

(özgə təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın! (Allahın buyurduğu

kimi, yaxud qəbul olunmuş qayda üzrə gözəl, ciddi bir söz deyin!)” (Əhzab surəsi,

32-ci ayə). Ayənin birbaşa müxatibi Peyğəmbərin arvadlarıdır. Amma bu höküm

onlara məxsus deyil. Həyanın tələbinə görə qadınlar naməhrəmi həvəsə gətirəcək

tərzdə danışmamalıdır. Kişilərin qadınlarla yersiz zarafatı da abırsızlıqdır.

-Geyimdə həya: Bir müsəlmanın geyimi şəri ölçülərlə uyğun gəkməlidir. Insanın

geyimi onun həyasına və vüqarına xələl gətirməməlidir. Bu məsələdə qadınla kişi

arasında fərq yoxdur. Hicab islamın qadın və kişi barədə qəti hökümüdür. İslam

şöhrət paltar, bədəni bildirən və nazik paltarlarla müxalifdir. Çünki, elə geyimlər

 ümumi həya və iffətə zərbə vurur. Geyimdə həyanın diqqət ediləsi məsələlərdən

biri də qadının geyimi ilə özünü kişiyə bənzətməsi və kişinin özünü qadına

bənzətməsidir. Hz. Peyğəmbər (s) buyurub: Allah özlərini qadınlara bənzədən

kişiləri və özlərini kişilərə bənzədən qadınlara nifrin edib. Daha yaxşı olar ki, ana

və atalar evdə də münasib paltarlar geyinsinlər ki, evdə hörmət itməsin.

Həyanın amilləri:

Ictimai və fərdi amillər, eləcədə düşüncələr və davranışlar həyanın yaranmasında

önəmli rol oynayırlar. Rəvayətlərdə sadalanan ən mühüm amilləri qeyd edirik:

Əql. Bir məsihi rahib Hz. Peyğəmbərdən əqlin təsirlərindən soruşdu, həzrət

buyurdu: Əqldən helm yaranar, helmdən elm, elmdən tərəqqi, tərəqqidən iffət,

iffətdən təqva, təqvadan həya, həyadan vüqar yaranar.

İman. İmanla həya arasında sıx bağlantı var. İmam Sadiq (ə) buyurur: İmanı

olmayanın həyası da olmaz.

Qadınla kişinin bir-birinə qarışmaması. İslamda təkid olunmuş məsələlərdən biri

də qadınla kişi arasında hörmətdir, həm də həya və iffətin yaranmasında böyük

amillərdən sayılır. Düzdür, İslam dini qadının ictimayi fəailiyyətinin əleyhinə deyil

və qadının fərdi və ictimayi azadlığını rəsmi tanıyır, amma iffətinin və həyasının

qorunması üçün qadınla kişi arasında xüsusi qanunların riayətinə göstəriş

vermişdir:

1.Qeyri şəri və həva-həvəslə baxmaq, 2. Naməhrəmlə xəlvət etməmək, tək

qalmamaq, 3. Naməhrəmlə fiziki təmasın olmaması (əl-ələ görüşmək kimi), 4.

Təhrik edici (həvəsləndirici) amillərdən çəkinmək. İmam Əli (ə) barədə nəql edirlər

ki, gənc qızlara salam verməkdən çəkinərdi və deyərdi qorxuram onların səsi məni

vəcdə gətirər və günahı savabından daha çox olar. Əgər məsum imam bu şəkildə

ehtiyatlı və diqqətli davranırsa bizlərin vəzifəsi tam aydındır, həddindən artıq

ehtiyatlı olmalıyıq. İmam Əli (ə) İraq əhlinin bu işi ciddiyə almadıqlarından xəbər

tutan kimi onlara xitabən buyurdu: Ey İraq əhli! Eşitdim ki, qadınlarınız yol

gedərkən kişilərə.... , həya etmirsiniz?!

Valideynin düzgün davranışı. İnsan uşaqlıqdan ata-anasının yanında boyüyür,

boya-başa çatır. Bu üzdən ailə övlad tərbiyəsində ilk önəmli yerdir. Valideynlər

danışıqlarına və davranışlarına diqqət etməlidirlər, həyalı olmalıdırlar, bilməlidirlər

ki, övladları onların etdiklərini təkrarlayacaq, onlarən tökdüklərini yığacaqlar,

yaxşı-pisi, həyalılığı və həyasızlığı valideynlərindən öyrənəcəklər. Düzdür, ana və

ata övladlarının məhrəmidirlər. Amma ailə mühitində həya riayət olmalıdır.

Uşaqlar icazəsiz valideynlərinin otaqlarına daxil olmamalıdır. "Ey iman gətirənlər!

Sahib olduqlarınız (kölə və kənizlər), həddi-büluğa çatmayanlar (yanınıza daxil

olmaq istədikdə) bu üç vaxtda sizdən icazə alsınlar: sübh namazından əvvəl,

günorta (yatıb dincəlmək, istirahət etmək üçün) paltarınızı çıxartdığınız zaman və

gecə namazından sonra. (Bu vaxtlar insan paltarını çıxarda bilər, zövcəsi ilə bir

yerdə uzanıb ixtilat edə bilər və i. a.) bu üç vaxt sizin üçün xəlvət vaxtdır (paltarsız 

 ola bilərsiniz). Qalan vaxtlarda bir-birinizin yanına (icazəsiz) girib-çıxmaqda sizə

də, onlara da heç bir günah yoxdur. Allah ayələri sizə belə izah edir. Allah (hər

şeyi) biləndir, hikmət sahibidir!” (Nur surəsi, 58-ci ayə). Valideynlər uşaqların

gözü qabağında həvəsləndirici zarafatlar etməməli və münasib paltar

geyinməlidirlər ki, günah üçün zəmin yaratmış olmasınlar.

Həyasızlığın amilləri:

Yuxarıda qeyd olundu ki, həya fitri keyfiyyətdir. Amma bəzi amillər insanı bu fitri

keyfiyyətdən uzaqlaşdırır:

Hörmətsizlik. İmam Kazim (ə) buyurur: Özünlə qardaşın arasında utancaqlılıq

pərdəsini tam götürmə, bir hissəsini saxla ki, aranızda həya qalsın. Səmimiyyət

yaxşı şeydir, amma öz yerində!-ifrata varmaq lazım deyil. Ata-ana da övladları ilə

öz aralarında həya pərdəsini götürməməlidirlər. Övladlarının yanında

alicənablılıqlarını itirəcək sözlər danışmamalıdırlar. Uşaqlar da ata-analarının

hörmətini saxlamalı, onlara ehtiram göstərməlidirlər, atalarını adı ilə

çağırmamalıdırlar.

Çox danışmaq. Çox danışmaq həyasızlığa gətirib çıxara bilər. İmam Əli (ə)

buyurub: çox danışan şəxs çox səhv yol gedər, çox səhv edən şəxs az utanar, az

utanan şəxsin təqvası azalar, təqvası azalanın qəlbi ölüdür.

Qeyri zəruri şeyləri camaatdan istəmək. İnsan həyatı boyunca müəyyən müşküllərə

görə başqalarından nə isə istəməyə məcbur olur, Amma zərurət yaranmazsa heç

kəsdən heç nə istəməməlidir. Çünki, yavaş-yavaş üzündəki həya aradan qalxır.

İmam Sadiq (ə) buyurub: ehtiyac əlini camaata uzatmaq insanın izzətini alar,

həyanı aparar. Əlbəttə ki, zərurət halları müstəsnadır.

Şərabxorluq. İmam Rıza (ə) şərabın haram olmasının hikmətini açıqlayarkən

buyurub: Allah-təala şərabı haram edib, çünki, şərab günah gətirir, əqli həqiqətləri

görməkdə batil edir və insanın üzündən həyanı aparır.

Allaha üsyün etmək. Günahların mənfi təsirlərindən biri də ictimai pərdələrin və

həyanın aradan qalxmasıdır. İmam Sadiq (ə) buyurub: Allahla bəndə arasında qırx

pərdə var. Bəndə böyük günah etdiyi zaman onlardan biri aradan qalxar. İmam

Səccad (ə) həyasızlığa səbəb olan günahların siyahısını açıqlayıb: şərabxorluq,

qumar, bihudə və mənasız sözlər danışmaq, camaatı güldürmək üçün nəzakətdən

uzaq zarafatlar etmək, baçqalarının eybini bəyan etmək və bədnam şəxslərlə

oturub-durmaq.

Həyada mötədillik:

Başqa yaxşı xislətlərdə olduğu kimi, bəzən həyada da "ifrat” və "təfrit” (lazım olan

həddən çox və az) olur. Bəzən insan həya edərkən ifrata varıb cəmiyyət içinə

çıxmır. Bəzən də özbaşınalıq edir və hər əməli yerinə yetirir. Hz. Peyğəmbər

həyanı iki qismə bölüb: Həya iki cürdir, ağıldan qaynaqlanan həya və axmaqlıqdan

(ağılsızlıqdan) əmələ gələn həya. Əqlin həyası elm, və ağılsızlığın həyası

cəhalətdir. Bəyənilməyən həya camaatdan yersiz utanmaqdır. Qorxu və ya iztirab

 

belə bir həyaya səbəb olur. Belə ki, onlar camaatın arasında ürək döyüntüsü

tezləşər, üzləri qızarar, səs tonları dəyişər, az danışarlar, çox vaxt qaçqabaqlı

olarlar, barmaqları və paltarları ilə oynayarlar, başlarını aşağı dikərlər, astadan

danışarlar, tək qalmağı sevərlər və bəzən ağlayarlar. Belə şəxslər bilməlidirlər ki,

bu növ utancaqlığı tədricən aradan qaldıra bilərlər, özünə inamla bu problemləri

çözmək mümkündür.

Üzsüzlüyün müxtəlif amilləri ola bilər. İnsanların bəzisində qorxu üzsüzlüyə

gətirib çıxarır. Qorxu adətən yol gedərkən, yemək yeyərkən və başqaları ilə

danışarkən yaranır. Üzsüzlük bir psixi xəstəlikdir. Bu xəstəliyə mübtəla olanlar a

dətən cəmiyyətdən qaçarlar. Cəmaat arasında özlərini rahat hiss etməzlər və yersiz

və hədsiz utanarlar. ətrafında olan hər kəs ona yardım edə bilər. Məxsusən

valideynlər, müəllimlər və dostları ona yardımçı olmağa çalışmalıdır.

Aşağıdakı yerlərdə həya etmək caiz deyil:

Həya möhtərəm şəxsin hüzurunda pis əməli etməkdən utanmaq-çəkinmək

mənasındadır. Həya pis əməldən çəkinməkdir. Yaxşı əməlləri yerinə yetirərkən

utanmaq lazım deyil.

Danışmaqdan utanmaq: Hz. Peyğəmbər (s) buyurur: "Heç bir əməli riyakarcasına

etmə və utanaraq o işdən çəkinmə”.

Elmin təhsilində utanmaq: İmam Əli (ə) buyurur: "Heç kəs bilmədiyini

öyrənməkdən utanmasın”.

Halal ruzi qazanmaqdan utunmaq: İmam Sadiq (ə) buyurub: Halal ruzi

qazanmaqdan utanmayan şəxsin məxarici yüngülləşər, Allah onun ailəsinə öz

nemətlərini verər.

Qonağa xidmət göstərməkdən utanmaq: İmam Əli (ə) buyurub: Üç çeydən

çəkinmək lazım deyil: ...Qonağa xidmət etməkdən, ata və müəllim üçün ayağa

qalxmaqdan və az da olsa haqqı tələb etməkdən.

Allahdan istəməkdən utanmaq: İmam Sadiq (ə) buyurur: Allah yanında ondan

istəməkdən əziz şey yoxdur. Sizlərdən heç biriniz Allahın rəhmətindən istəməkdən

utanmasın. Hətta bir ayaqqabı bağı olsa belə.

Kiçik bəxşişdən utanmaq: İmam Əli (ə) buyurub: kiçik hədiyyələr bağışlamaqdan

utanma ki, heç bağışlamamaq ondan da azdır.

Həyanın təsirləri və faydaları:

Həya rəvayətlərdə yaxşılıqların açarı hesab olunub. Çoxlu faydaları var.

Faydalarını tanımaq həyanın əhəmiyyətini artırır.

Günahın qarşısını alır: Cinsi istəkləri təzimləyən amllərdən biri də həyadır. İmam

Əli (ə) buyururb: həyanı özünə libas edən şəxsin eybləri örtülər.

İnsanı alicənab edir: Həya ilə günahı tərk etdikdən sonra insan öz kəramətini əldə

etmiş olur. İmam Əli (ə) buyurur: İşindən razı olmadığın şəxsin sözündən də razı

olma. Ağılından razı olmadığın şəxsin işindən də razı olma. Həyasından razı

 

olmadığın şəxsin ağılından da razı olma. Çünki, insan təbiətində kəramət və

alçaqlıq yerləşdirilib. Həyası çox olanın alicənablığı da çox olar. Həyası az olan

şəxs alicənab deyil.

İffət: İmanla iffətin möhkəm bağlılığı var. Çünki, iffət cinsi və əmlakda olan

günahlardan çəkinməkdir. Həya və iffət rəvayətlərdə bahəm zikr olunub: İmam Əli

(ə) buyurub: İffətin miqdarı həyanın miqdarına qədərdir.

Yaxşılıqları yerinə yetirmək: yaxşılıqların çoxu həyanın səmərəsidir. İmam Sadiq

(ə) buyurur: Həya olmasaydı qonağa hörmət olunmazdı və əhdə vəfa qılınmazdı.

Yaxşı işlərə əməl olunmazdı və pis işlərdən çəkinməzdilər. Vacibatın çoxu həya

vasitəsilə yerinə yetirilir. Ata-ana və qohumların ehtiramı saxlanılmazdı, camaatın

əmanəti geri verilməzdi. İffətə zidd olan heç bir əməldən çəkinməzdilər.

Günahların təmizlənməsi: İmam Səccad (ə) buyurur: Dörd şey günahların

paklanmasına səbəb olar: "Camaatın xeyirinə iş görmək, düz danışmaq, Allah və

camaatın yanında utanmaq və ailə ilə xoş davranmaq”

Müvəffəqiyyət: Həyanın dəyərli təsirlərindən biri də həyatda uğur qazanmaqdır.

Hz. Peyğəmbər (s) yumşaqlıq, mehribanlıq, Allahı yadda saxlamaq, sağlamlıq,

pislikdən çəkinmək, xoşüzlülük, güzəşt və camaat arasında yaxşı ad qazanmağı

həyanın təsirlərindən hesab edib.

Ədəbiyyat siyahısı: "Qurani-kərim”, "Nəhcül-bəlağə”, "Azərbaycan dilinin izahlı

lüğəti”, "Fərhənge bozorge soxən”, "Xastqah, əvamil və asare şərm və həya dər

neqahe Quran və hədis” "Biharul-ənvar”, "Tuhəful-uqul”, "Vəsailuş-şiə”,

"Nəhcül-fəsahə”, "Xisal”, "Usuli-kafi”, "Mizanul-hikmət”, "Təfsiri roşən”.

İlahiyyatçı yazar-Şəhriyar ƏLİYEV


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300