sitename

              CHP İstanbul bələdiyyəsi sədrliyinə seçkidə iştirak edəcək

 

Türkiyənin Cümhurriyyət Xalq Partiyası (CHP) cari il iyunun 23-də keçiriləcək İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə təkrar seçkilərdə öz namizədi ilə iştirak edəcək.

"Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bununla bağlı qərarı CHP-nin sədri Kamal Kılıcdaroğlu açıqlayıb.

"Çox gözəl işlər olacaq. Heç kim narahat olmasın. Hər şeyə rəğmən, bu ölkəyə demokratiya gətirəcəyik. Demokratiya uğrunda mübarizə aparacağıq”, - o vurğulayıb.

K.Kılıcdaroğlu bildirib ki, İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə seçkilərin nəticələri ləğv edildikdən sonra CHP Məclisinin toplantısında bu qərar qəbul olunub.

Toplantıya İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri, mandatı ləğv edilən Ekrem İmamoğlu, CHP-nin İstanbul əyalət təşkilatının sədr Canan Kaftancioğlu və deputatlar qatılıblar.

Xatırladaq ki, mayın 6-da Türkiyə Mərkəzi Seçki Komissiyasının fövqəladə toplantısında martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul edib.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkiləri olub. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası 44,33 faiz səs toplayaraq qalib gəlib. Müxalif Cümhuriyyət Xalq Partiyası 30,12 faiz səslə ikinci yerdə qərarlaşıb. Sonrakı yerləri 7,45 faiz səslə İYİ Partiya, 7,12 faiz səslə Milliyyetçi Hərəkat Partiyası tutub. HDP 4,24 faizlə beşinci olub.

İlkin nəticələrə görə, Ədalət və İnkişaf Partiyasının İstanbul Böyük Şəhər Bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım 4 milyon 130 min 49 səs (48,48 faiz), Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu isə 4 milyon 157 min 237 səs (48,80) toplayıb.

Ədalət və İnkişaf Partiyası İstanbuldakı nəticələrə etiraz edib. Nəticədə 318 min 222 etibrasız bülletenin yenidən sayılmasına qərar verilib. Etibarsız səslərin və İstanbulun bəzi rayonlarında bülletenlərin təkrar sayılmasından sonra Ə.İmamoğlu 13 min 729 səs fərqi ilə qalib gəlib.

Son rəqəmlərə əsasən, B.Yıldırım 4 milyon 156 min 36 səs, Ə.İmamoğlu isə 4 milyon 169 min 765 səs toplayıb. Aprelin 17-də Əkrəm İmamoğlu mandatını alıb və vəzifəsinin icrasına başlayıb.

Bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasının formalaşdırdığı "Cumhur İttifaqı” 51,64 faiz, Cümhuriyyət Xalq Partiyası və İYİ Partiyanın yaratdığı "Millət İttifaqı” isə 37,57 faiz səs toplayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300