sitename

             Paşinyan mayın 9-da Şuşaya gələcək

 

Şuşanın işğalı ilə bağlı tədbirlərdə Serj Sərkisyan da iştirak edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 9-da işğal altındakı Azərbaycan ərazilərinə gələcək. Bu barədə Musavat.com erməni mediasına istinadən xəbər verir. Məlumata görə, Paşinyan bayram tədbirlərində iştirak edəcək. Belə ki, 9 mayda ermənilər Azərbaycanın işğal altındakı ərazilərində Almaniya-SSRİ müharibəsindəki qələbənin ildönümü və Şuşanın işğal günü, həmçinin "Artsax ordusu”nun yaradılması bayram edilir. Qeyd edək ki, N.Paşinyan 2018-ci ilin 9 may tədbirlərinə də qatılmışdı. Belə ki, o, mayın 8-də baş nazir seçiləndən bir gün sonra Şuşaya gəlmişdi.

Əlavə edək ki, sabah Ermənistanın üçüncü prezidenti, Xocalı canisi Serj Sərkisyan da Şuşaya gələcək. Eks-prezidentin ofisindən bildirilib ki, Sərkisyanı döyüş yoldaşları müşayiət edəcək.

Azərbaycanın rəsmi dairələrinin Şuşadakı bayram tədbirlərinə və Ermənistanın keçmiş, həmçinin indiki rəhbərliyinin qanunsuz səfərinə reaksiyasını gözləyirik.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300