sitename

      Salam Sarvanın bacısı oğlu polisin keçirdiyi əməliyyat zamanı özünü binadan atıb - RƏSMİ

 

Şair Salam Sarvanın bacısı oğlunun ölümünün təfərrüatları məlum olub.

Abşeron rayon Prokurorluğundan ONA-ya verilən məlumata görə, AAAF Park yaşayış kompleksində yaşayan, 1997-ci il təvəllüdlü Mikayıl Mehman oğlu Qəmbərov özünü yaşadığı binadan atıb.

M.Qəmbərovun ətrafında aparılan araşdırmalar zamanı onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu müəyyənləşib. Məlum olub ki, M.Qəmbərovun şəriki Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində tutulub. Saxlanılan şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib. O ifadəsində satış məqsədi üçün əldə etdikləri narkotik vasitələri şəriki M.Qəmbərovla birgə yaşadıqları evdə saxladığını bildirib.

Dərhal əməliyyat qrupu həmin şəxslərin yaşadığı evə gedib. Evdə tək olan M.Qəmbərov polisin gəldiyini görüb və qaçmaq niyyəti ilə özünü eyvandan atıb. Nəticədə o aldığı xəsarətlərdən hadisə yerində ölüb.

M.Qəmbərovun yaşadığı evdən xeyli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, M.Qəmbərov şair Salam Sarvanın bacısı oğludur.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300