sitename

              Əli Həsənov AzTV və İTV-nin türkdilli ölkələrdə yayımına icazə verilməsini təklif edib

 

"Təklif edirəm ki, Azərbaycanın dövlət və İctimai Televiziyası Türk Şurasına üzv dövlətlərdə yatımlansın. Eyni zamanda, həmin dövlətlərin də dövlət və ictimai televiziyaları da Azərbaycanda yayımlansın"

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, bununla yanaşı televiziya sahəsində qarşılıqlı əlaqələr qurulmalı və dövlətlərin milli bayramları da efir vasitəsilə yayımlanmalıdır: "Türk Şurasına üzv dövlətlərin aparıcı mətbuat orqanları, televiziyalar bir-birilə əlaqələrini qurublar. Niyə görə bizim televiziya kanallarının yerli kabel şəbəkələrində təmsilçiliyi təmin olunmur? Təəssüflər olsun ki, Azərbaycan televiziyalarının nə qazaxıstanda, nə də Qırğızıstanda yayımlanmasına rast gəlinmir".

Ə.Həsənov qeyd edib ki, hazırda dövlətlərarası əlaqələr müəyyən platformada həyata keçirilir: "Türk Dövlətləri Birliyi Şurasının qəbul etdiyi qərarlar liderlərin iradəsini həyata keçirir. Türk Şurası yaradıldığı 2012-ci ildən bu günə qədər üzv dövlətlərlə qarşılıqlı əlaqələrlə fəaliyyət göstərir. Türk Şurasına üzv dövlətlərin nümayəndələri ilə birlikdə biz qarşılıqlı əlaqələri müzakirə etmişik".

Prezident köməkçisi xatırladıb ki, 4 il öncə Astana görşündə televiziya sahəsində vahid platformanın yaradılması və bunun inkişaf etdirilməsi müzakirə olunub: "Təəssüflər olsun ki, bu, hələ də kağız üzərində qalır. Çünki vahid platforma əsasında yaradılacaq televiziyanın yerləşəcəyi yer və maliyyə məsələləri hələ də öz həllini tapmayıb".

"Azərbaycanın Dağlıq Qarabağ kimi problemi var və 1 milyondan artıq qaçqın və məcburo köçkünlərimiz var. Yaxşı olardı ki, Türk Şurasına üzv dövlətlərində televiziya vasitəsilə Azərbaycan həqiqətləri də türk qardaşlarımıza çatdırılsın", Ə.Həsənov vurğulayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300