sitename

              İran xərçəngə qarşı dərmanların istehsalına başlayıb

 

İranda xərçəng xəstəliyi və diabetə qarşı dərman preparatlarının istehsalına başlanıb.

ONA-nın Tehran bürosunun məlumatına görə, bu gün İran prezidentinin elm və texnologiya məsələləri üzrə müavini Surna Səttari və səhiyyə naziri Səid Nəməkinin iştirakı ilə Əlborz əyalətinin İştihar sənaye şəhərciyində dərmanların təqdimatı keçirilib.

Tədbirdə bağırsaq, mədə və qaraciyər xərçəngi xəstəliyinə qarşı "Regorafenib” və qaraciyər, böyrək və tiroid xərçəngi əleyhinə olan "Sorafenib” adlı dərmanlar, şəkər xəstəliyinin müalicəsi üçün "Empagliflozin” və "Dapagliflozin” dərmanları təqdim edilib.

Bildirilib ki, bu dərmanların İran bazarında 1 milyard dollarlıq satışı proqnozlaşdırılır.

Dərmanlara ABŞ Qida və Dərman Preparatlarının Keyfiyyətinə Sanitar Nəzarət İdarəsinin Məşvərət Şurasının (FDA) lisenziyası verilib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300