sitename

           Qamışlıqda məskunlaşan köçkün ailəsi ev istəyir

 

Kəlbəcərdən məcburi köçkün olan Amil Abbasov redaksiyamıza müraciət edib. Deyir ki, 1993-cü ildə Kəlbəcərdən məcburi şəkildə çıxarkən ailəsi ilə birlikdə Ucar rayonu ərazisindəki meşə massivində məskunlaşmaq məcburiyyətində qalıblar.

"2016-cı ilə qədər ailəmi çobançılıqla dolandırdım. Yaşadığım meşəyə ən yaxın məktəb 6-7 km məsafədədir. Bu səbəbdən yaxşı təhsil ala bilmədim. Üstəlik, ailəmin böyüklüyü, ana-atamın himayəmdə olması da daha çox dolanışıq üçün çalışmağıma səbəb oldu. Övladlarım məktəb yaşına çatanda, yəni 2016-cı ildə Sabunçu rayonu, Zabrat qəsəbəsində məskunlaşmış qardaşımın yaşadığı 2 otaqlı evə yerləşmək məcburiyyətində qaldım. Bu günlərdə ağır şəraitdə yaşadığımdan, atamı müalicə etdirmək imkanım olmaması səbəbindən onu da itirdim. Dəfələrlə Kəlbəcər Rayon İcra Hakimiyyətinə "Qaçqınkom”a müraciətlər etmişəm. Bir daha mətbuat vasitəsi ilə müraciət edərək bizim ağır şəraitimizi nəzərə almalarını xahiş edirəm” – şikayətçi bildirir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300