sitename

        Qafqaz Müsəlmanları İdarəsi məktəblərdə dinin tədrisinə münasibət bildirib

 

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) yeni tədris ilindən ümumtəhsil və ali təhsil müəssisələrində dini təhsilin tədrisi ilə bağlı məsələyə münasibət bildirib.

QMİ sədrinin müavini Hacı Fuad Nurullayev "Report”a açıqlamasında bildirib ki, təhsil müəssisələrində dinin tədrisi Təhsil Nazirliyi tərəfindən həyata keçirilir:

"Məktəblərdə fənlərin tədris olunması Təhsil Nazirliyinin öhdəsindədir. Bunun üçün prosesə mütəxəssislər cəlb olunur. Təbii ki, biz də bununla bağlı hər zaman təşəbbüslər irəli sürmüşük. Bu gün orta və ali məktəblərdə oxuyan şagird və tələbələr dini bilgilərə sahib olmaq istəyirlərsə, bu prosesin həyata keçirilməsi müsbətdir. Ona görə də hesab edirəm ki, bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin və Təhsil Nazirliyinin birgə mütəxəssisləri tərəfindən hazırlıq işləri görülməlidir”.

Onun sözlərinə görə, dini tədris dedikdə yalnız dini anlayışlar nəzərdə tutulur: "Burada şəriət qanunları tədris olunmayacaq. Şəriət qaydaları məscid, mədrəsə və QMİ-nin kurslarında tədris olunur. Bu gün aparılan təşəbbüslər müqabilində belə qənaətə gəlinib ki, həyat bilgiləri ilə bağlı dərsliklərə geniş şəkildə əlavələr olunsun və yeni dərs ilində orta məktəblərdə "Həyat bilgisi” fənni dolğun şəkildə şagirdlərə çatdırılsın. Eyni zamanda ali təhsil müəssisələrində isə "Multikulturalizmə giriş” fənninin daxilində din tarixi, ümumi dinlərlə bağlı təlimlər, yəni bilgilər tədris olunsun”.

Sədr müavini vurğulayıb ki, orta məktəblərdə dini bilgilərin yer aldığı "Həyat bilgisi” fənni 9-cu sinifə qədər tədris olunacaq: "Bununla bağlı nazirliyin açıqlaması da var. Mən bunu oradan oxumuşam, mənim sözlərim deyil. Orta məktəblərdə ibtidai sinif şagirdlərinə bununla bağlı müəyyən anlayışlar verilsə də, artıq dini bilgilər yeni tədris ilindən 9-cu sinifə qədər keçiriləcək. 10 və 11-ci sinif şagirdləri üçün isə bu dərslik tədris olunmayacaq. Çünki 9-cu sinifə qədər şagirdin təhsil alması icbari, 10 və 11-ci siniflərdə isə təhsil alması könüllüdür”.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yeni tədris ilindən etibarən ali təhsil ocaqlarında "Multikulturalizmə giriş” əsas fənninin kimi tədris olunacağı və orta məktəblərdə tədris olunan "Həyat bilgisi” fənninin proqramında dinlər haqqında məlumatların genişləndirilməsi məqsədilə işlər görüldüyü barədə məlumat yayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300