sitename

         Hacıbala Abutalıbovun saxtakarlıqda peşəkarlığı göz önündə-TƏFSİLAT

Hazırda Baş nazir müavini vəzifəsini tutan Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun elə keçmiş vəzifəsində törətdiyi cinayət əməlləri haqqında silsilə yazılar dərc edirik. Sabiq merin həmin vəzifəni icra edərkən dövlət əhəmiyyətli binaları saxta yollarla öz yaxınlarının adına özəlləşdirməsi, sahibkarların mülklərini qeyri-qanuni üsullarla əlindən alması, şəhər İcra Hakimiyyətinin tikinti işlərini aparan fəhlələrin məvacibini verməməsi... ilə bağlı saytımıza daxil olan sübutlu faktlar nələrdən xəbər vermir?! Həmin faktları araşdırarkən ortaya çıxan cinayət tərkibli çoxsaylı əməllər Hacıbala Abutalıbovun, sözün həqiqi mənasında, saxtakarlıqda peşəkarlığının üstünü açır. Araşdırma apara-apara biz həmin faktları oxucularımıza təqdim edirik. Onu da qeyd edək ki, həmin yazılar ölkə mediasında da geniş tırajlanıb, sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Əminik ki, adiyyatı üzrə dövlət qurumları araşdırma yazılarımızdakı inkaredilməz faktlardan sonra, sabiq merin əməllərinə hüquqi qiymət verməyə səhlənkar yanaşmayacaq. Çünki həmin yazılarımızda bir qismini təqdim etdiyimiz tükürpədici faktlar qatı cinayət əməlləridir və bunları başqa yönə yozmağın heç bir mənası yoxdur. Elə,öncə, sabiq icra başçısının paytaxtın Xətai rayonundakı General Şıxlınski küçəsində yerləşən 95 A saylı 14 mərtəbəli bina çərçivəsində həyata keçirdiyi saxtakarlıqlara diqqət yetirmək kifayətdir ki, dediklərimizin əsassız olmadığı öz təsdiqini versin. Həmin bina Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı əsasında hərbi qulluqçular üçün inşa edilib. Tikilinin birinci mərtəbəsində və yarımzirzəmisində 609.7 kvadratmetr sahə mövcuddur. Dövlət başçımızın, müdafiə nazirinin, eləcə də digər məmurların iştirakı ilə binanın açılışı olarkən bildirildi ki, bura hərbi qulluqçuların müxtəlif mərasim məclisləri üçün nəzərdə tutulub. Lakin
az keçməmiş sabiq başçı, vəzifəsindən süi-istifadə etməklə, dövlət vəsaiti hesabına tikilən həmin sahəni "Klassik-Şəms" MMC-nin adına özəlləşdirərək, bu MMC rəhbərliyinin xəbəri olmadan da, oranı öz yaxın qohumunun adına rəsmiləşdirərək, özününküləşdirdi. Bu saxtakarlıq sabiq merin ənənəvi əməllərinin daha bir nümunəsi idi. Dövlət vəsaiti hesabına inşa edilən neçə belə tikili buna qədər və bundan sonra onun adına rəsmiləşdirildi. Sadəcə, Respublika Müdafiə Nazirliyinin buradakı saxtalaşdırmaları nəzarətə götürməsi kifayətdir ki, Hacıbala Abutalıbov tərəfindən törədilən bu cinayətlərin üstü açılsın. Əgər nazirlik bunu etsə, mərasim obyektlərinin hərbçilərimizin istifadəsinə qaytarılması elə də çətin olmaz.

Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, sabiq başçı dövlət vəsaiti hesabına tikilmiş yüzlərlə obyekti saxta yollarla özəlləşdirməkdən çəkinməyib və heç kimdən qorxmadığını bəyan edib. Əlimizdəki sərəncamlardan və dövlət aktlarından görünür ki, öz xeyirinə saxtakarlıq edərək, dövlət əmlakını talayan sabiq başçı bütün obyektlərini xaricdə yaşayan oğlunun vəhhabi dostlarına işlətdirir. Bir sözlə, Hacıbala Abutalıbovun Azərbaycanda vəhhabiliyin alovlu təbliğatçısı kimi tanınan həmin oğlu vəhhabilərə yeni qazanc yerləri açmaqda əlindən gələni əsirgəmir.
Abutalıbovlara məxsus obyektlərin vəhhabilərə xidmət etməsi göz önündə olsa da, respublikanın aidiyyatı dövlət qurumlarının, ələlxüsus hüquq-mühafizə orqanlarının bu vandalizmə göz yummaları ürək göynədir.
İllər öncə Hacıbala Abutalıbovun vəhhabi oğlu, heç kimdən və nədən çəkinməyərək, Nəsimi rayonundakı Nəsibbəy Yusifbəyli küçəsinin səkisindəcə üç mərtəbəli ticarət obyekti ucaltdı. Həmin möhtəşəm obyektin binasında indi onlarla məşhur şirkət icarə yeri götürüb. İcarə haqlarından abutalıbovların cibinə ildə milyonlar axır.
Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin 76 saylı Körpələr Evi Uşaq Bağçasının ərazisinə bitişik, ətrafındakı yaşayış binalarının giriş-çıxışlarına ciddi maneələrlə inşa olunan bu obyekt narahat yüzlərlə sakinin ciddi etirazına səbəb olsa da, onda onların haqlı narazılıqlarına qulaq asan və şikayətlərini eşidən belə tapılmadı.
Qeyd edək ki, həmin obyekt Hacıbala Abutalıbovun ailəsinin Nəsimi rayonu ərazisində yaşadığı evin, eləcə də Tibb Universitetinin iki addımlığında ucaldılıb.
Nəsimi rayonundakı Füzuli küçəsində yerləşən 39 saylı binanın (sürüşdürülən bina) birinci mərtəbəsinin "Klassik-Şəms" şirkətinin adına özəlləşdirilməsində də müəmmalı məqamlar çox olub. Həmin şirkətin heç bir xəbəri olmadan, Hacıbala Abutalıbovun göstərişi ilə, həmin yer yaxın qohumunun adına rəsmiləşdirilib. Bundan sonra, oranı öz adına götürüb.
Qeyd edək ki, onda həmin yerdə Qədim Kitabxana yerləşib. Qanunlara əsasən, kitabxananın ləğv edilməsi Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə həyata keçirilməli, bundan sonra özəlləşmə olmalıydı. Lakin bu prosedur qaydaya da əməl edilməyib.
Onu da bildirək ki həmin bina tarixi-memarlıq abidəsi olduğundan, orada dövləti əhəmiyyət daşıyan nəsə açılmalı və daha səmərəli istifadə olunmalıydı. Lakin Hacıbala Abutalıbov bu vacib hala belə əhəmiyyət vermək istəməyib.
Güman edirik ki, dövlət vəsaiti xərclənməsinə baxmayaraq, sabiq merin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, özəlləşdirmə adıyla həm də talamaya çevirdiyi bu əməliyyata -- qeyri-qanuni əmlak mənimsəməsinə hüquq-mühafizə orqanları ilə bərabər, Mədəniyyət və Turizm Nazirliyi də öz münasibətlərini bildirəcəklər.
Onu da qeyd etməyi vacib bilirik ki, bir çox obyektləri kimi, özəlləşdirilən bu sahəsinin təmir-rekanustruksiyasında iştirak edən mühəndis, usta və işçilərin də əmək haqları, eləcə də onlar tərəfindən istifadə olunan tikinti matriallarının, alət və cihazların, mebellərin pulları da indiyədək ödənilməyib.
Paytaxtın Nəsimi rayonundakı Füzuli və Mirzəağam Əliyev küçələri arasındakı ərazidə inşa olunan yeraltı avtomobil dayanacağı və Yeni Park Kompleksi Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun 24.02.2014-cil il tarixli 71saylı Sərəncamına əsasən, Dövlət Qəbulu Komissiyası ilə istismara qəbul edilib. Hal-hazırda həmin yer Qış Parkı adlanır. Sabiq başçının 21.06 2013-ci il tarixində verdiyi 241 saylı Sərəncamla həmin ərazidə "AY-1" MMC-yə, güya, öz vəsaiti hesabına 3 ədəd ictimai-iaşə obyektinin tikilməsi üçün icazə verilib. Amma həmin avtomobil dayanacağının və Yeni Park Kompleksinin tam olaraq dövlət vəsaiti hesabına tikilməsini öyrənmişik. Görünür, dövlət vəsaitini talamaqda mahir olan Hacıbala Abutalıbov öncədən öz yaxın qohumunun adına yaratdığı bu MMC-yə bu ictimai-iaşə obyektlərini, güya, öz vəsaitləri hesabına tikəcəyinə aid sərəncamlar verib. Burada aparılan işlər mütəxəsislər tərəfindən də araşdırılsa, həmin "Palid", "İnnabi" "Zanbaq" kafelərinin, həqiqətən də, konstruktiv olaraq, avtomobil dayanacağı və Yeni Park Kompleksinin bir hissəsi kimi inşası öz təsdiqini tapacaq. Çünki həmin ictimai-iaşə obyektlərinin bütün kommunikasiya işləri avtomobil dayanacağı və park kompleksi ilə birgədir, onlara eyni xidmət göstərilir.
Aparılan araşdırmalarımızdan da açıq-aşkar görünür ki, bu, həqiqətə uyğun deyil. Saxtakarlıqda peşəkar Hacıbala Abutalıbov həmin obyektləri özü üçün nəzərədə tutub və öz yaxın qohumlarının adına rəsmiləşdirib. Ümid edirik ki, dövlət əmlakının bu cür talanmasına hüquq-mühafizə orqanları və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi belə laqeyd qalmayacaqlar.
Hazırda Baş nazirin 1-ci müavini vəzifəsini tutan Hacıbala Abutalıbov Saytımızın Baş redaktoru Polad Aslanovla əlaqə saxlayıb,saytımızda onun haqqında gedən yazılara öz mövqeyini bildirib.Jurnalist kodeksinə sadiq qalaraq yazını redaksiyamıza ötürən mənbə ilə Hacıbala Abutalıbovun mövqeyini eyni vaxtda dərc edəcəyik.
Araşdırmalarımız davam edir. Yazımızın davamını izləyin.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300