sitename

         Bakıda gənc qızın klinikada müəmmalı ölümü: günahkar "Baku Medical Plaza”dır?

 

Aprelin 18-də Bakıda 1992-ci il təvəllüdlü Gülyaz Hacıyevanın keçirdiyi burun əməliyyatından sonra gecə saatlarında vəfat etdiyi barədə məlumat vermişdik.

 

Onun yaxınlarının Trend-ə verdiyi məlumata görə, gənc qız özəl klinikaların birində 15 gün ərzində 3 dəfə əməliyyat olunub.

 

İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş.

 

Aprelin 17-də baş tutan sonuncu əməliyyatda gənc qızın qanında laxtalanma olmadığından o, çoxlu qan itirib və bu səbəbdən komaya düşüb.

 

Sosial şəbəkələrdə yayılan məlumata görə, gənc qızın əməliyyatı "Baku Medical Plaza”da həyata keçirilib. Lakin mətbuatda bununla bağlı dərc edilən məqalələrdə klininkanın adı yer almayıb. Bu isə ictimaiyyətdə maraq doğurduğundan, gənc qızın ölümü müammalı qalır.

 

Onu da qeyd edək ki, "Baku Medical Plazanın” şəhərin mərkəzində və Babək prospektində yerləşən filialı fəaliyyət göstərir. Hadisənin konkret hansı tibb müəssisəsində baş verdiyi məlum deyil.

 

Klinikanın rəsmi saytında göstərilən telefon nömrələrinə zəng edərək xəbəri dəqiqləşdirməyə çalışan AFN.az mətbuatla bağlı yetkili olduğu deyilən Aysel xanımla əlaqə yaratmaq mümkün olmayıb.

 

Hər bir halda klinikanın mövqeyini dərc etməyə hazırıq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300