sitename

                Ermənistanda dizenteriya epidemiyası yayılıb

 

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonunda dizenteriya epidemiyası yayılıb. Bu ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, əksəriyyəti uşaqlar olmaqla, onlarla insan xəstəxanalara yerləşdirilib.

AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, bağırsaq infeksiyası Navur kəndindən yayılmağa başlayıb. Burada 30 nəfəri, o cümlədən 24 azyaşlını dizenteriya diaqnozu ilə xəstəxanaya çatdırıblar. Onlarda dizenteriyanın törədicisi olan Zonne amöbü aşkar olunub. Rayonun məktəb və uşaq bağçaları nəzarətə götürülüb, xəstələrin evləri dezinfeksiya edilib. Bundan başqa, əhalinin istifadə etdiyi suyun analizi aparılır. Analizlərin nəticələri məlum olanadək su kəməri ilə içməli suyun verilməsi dayandırılıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300