sitename

           Çirkab suları dənizə axıdılır- VİDEO

 

Bakının Pirşağı qəsəbəsində çirkab suları dənizə axıdılır. Sakinlər özü ilə bərəabər üfunətli qoxunu və xəstəlikləri də dənizə daşıyan bu suyun illərlədir ki, dənizə axıdıldığını iddia edir.

Çirkab suları dənizə axıdılır. Görüntülər paytaxtın pirşağı qəsəbəsi qızılqum çimərliyindəndir.

Yay vaxtı ən çox üz tutulan yerlərdən biri olan Qızılqum çimərliyi indi çirkab sularının toplandığı məkana çevrilib.

Yaxınlıqda yaşayan sakinlər deyir ki,çirkab sularının iyindən çimərlik ərazisindən istifadə edə bilmirlər.

Sakinlər deyir ki,dənizə axıdılan kanalizasiya suları özü ilə birlikdə xəstəlikləri də gətirir.

Məsələylə bağlı Azərsu açıq səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı xəzərxəbərə bildirdi ki,sözügedən ərazi ilə bağlı xususi layihə var.Layihəyə əsasən Corat və Novxanı çimərliyində olduğu kimi burada da çirkab suları təmizlənərəkdənizə axıdılacaq.

Anar Cəbrayıllının sözlərinə görə,yeni yaradılan sistem ən son tələblərə cavab verəcək.Bununla da dənizəkanalizasiya və çirkab sularının axıdılması problemi birdəfəlik həll ediləcək.(Xezerxeber.az)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300