sitename

       Sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı vacib qərar

 

Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Miqrasiya Xidmətinin (DMX) rüsum ödənişləri "ASAN ödəniş” sisteminə inteqrasiya olunub.

Bu barədə "Report"a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bundan sonra vətəndaşlar şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, avtomobillər üçün dövlət qeydiyyat nişanlarının alınması, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi və s. növ xidmətlər müqabilində nəzərdə tutulan dövlət rüsumlarını "ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirə bilərlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün ərizələrin qəbul olunması, Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin verilməsinə görə və başqa xidmətlər üzrə Dövlət Miqrasiya Xidmətinin rüsum ödənişlərini "ASAN ödəniş” sistemi vasitəsilə ödəyə bilərlər.

"ASAN ödəniş” sistemi Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb.

Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 96 məhkəmə orqanı, 7 publik hüquqi şəxs və dövlətə məxsus 7 hüquqi şəxs olmaqla, 219 dövlət qurumunun cərimə, vergi, rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və digər istiqamətlərdə 541-dən artıq xidmət üzrə ödənişlər "ASAN ödəniş” sistemi vasitəsi ilə həyata keçirilə bilər.

Müvafiq ödənişləri www.asanpay.az ödəniş portalı, mobil tətbiqləri və terminalları, "Elektron hökumət" portalı eləcə də, sistemə qoşulmuş 10 000-dən artıq ödəniş terminalları, respublika ərzisində fəaliyyət göstərən ən qabaqcıl ödəmə portalları, internet və mobil bankçılıq xidmətləri vasitəsilə nağd və ya nağdsız qaydada həyata keçirmək mümkündür.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300